“ADA” Universiteti Mərkəzi Bankın əməkdaşları üçün təlim proqramını başa çatdırmışdır

“ADA” Universitetinin İxtisasartırma Proqramları Azərbaycan Respublikası Mərkəzi Bankının 22 əməkdaşı üçün “Menecmentin inkişafı” adlı üç aylıq təlim proqramını başa çatdırmışdır.

Universitetin kommunikasiya departamentindən AzərTAc-a bildirilmişdir ki, dörd moduldan ibarət olan təlim proqramı özünüidarə bacarıqları və səmərəlilik, komandanın idarə edilməsi, menecment və administrativ, liderlik bacarıqlarının inkişafı kimi mövzuları əhatə etmişdir.

Təlimçilər arasında “ADA” Universitetinin prorektoru Emin Hüseynov, “ADA Fondu Azərbaycan”ın Prezidenti Natiq Hacıyev, İxtisasartırma Proqramının direktoru Aygün Hacıyeva, “ADA” Universiteti Karyera İdarəetmə Mərkəzinin məsləhətçisi Maykl Makkenzi, “ADA”nın əməkdaşı Şəmsiyyə Mustafayeva və Malta Xarici İşlər Nazirliyinin nümayəndəsi Olaf Terribile olmuşlar.

Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında