Bakıda “Məzun-2014” yarmarkası keçirilmişdir

Mayın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Gənclər və İdman, Təhsil, İqtisadiyyat və Sənaye nazirliklərinin birgə dəstəyi ilə IX “Məzun-2014” əmək yarmarkası keçirilmişdir.

Yarmarka Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsinə əsasən təşkil olunmuşdur.

AzərTAc xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və ADİU-nun rektoru Ədalət Muradov yarmarkada iştirak edən dövlət və özəl qurumların stendlərinə baxış keçirmiş, tədbirin işinə uğurlar arzulamışlar.

ADİU-nun rektoru, professor Ədalət Muradov jurnalistlərə müsahibəsində bildirmişdir ki, yarmarkada 100-dən çox dövlət qurumu, sənaye müəssisəsi, bank, yerli və xarici şirkət gənclərə minə yaxın vakant iş yerlərini təqdim etmişdir. Gün ərzində yarmarkada ölkəmizdə və xaricdə təhsil almış 2500-dək məzun iştirak etmişdir. Tədbirə, ümumilikdə, 12 ölkənin (ABŞ, Türkiyə, Rusiya, Kanada, Böyük Britaniya, Almaniya, Avstriya, Estoniya, Litva, Bolqarıstan, Ukrayna, Gürcüstan) 67 universitetinin məzunu qatılmışdır. Bu, yarmarkanın tarixində qeydə alınan rekord göstəricidir. 

Rektor, həmçinin qeyd etmişdir ki, “Məzun-2014" əmək yarmarkasının məqsədi tələbələrin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması və ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir.

Tədbir çərçivəsində şagirdlərin gələcək seçimlərində iqtisadyönümlü ixtisaslara maraqlarını artırmaq məqsədilə Bakının 132-134 nömrəli təhsil kompleksinin XI sinif şagirdlərinin yarmarka ilə tanışlığı təşkil olunmuşdur.

Həmçinin ADİU-nun tələbə-gənclər təşkilatının və “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyinin birgə təşkilatçılığı ilə yarmarkada valideyn himayəsindən məhrum olmuş, xüsusi diqqət və qayğıya ehtiyacı olan yeniyetmələrin hazırladıqları rəsm və tətbiqi sənət işlərindən ibarət satış-sərgisi də təşkil olunmuşdur. Sərgidə satılan əl işlərindən yığılan vəsait ehtiyacı olan şəxslərə veriləcəkdir.

 Bundan əlavə, yarmarkanın gedişində yerli sənaye və istehlak məhsullarının sərgisi nümayiş olunmuşdur. Həmçinin şirkətlər tələbə və məzunlar üçün müxtəlif tipli uduşlu lotereyalar, hədiyyəli kampaniyalar, maraqlı müsabiqələr, mükafatlandırma və tanıtım aksiyalarını təşkil etmişlər.

Yarmarka çərçivəsində işəgötürənlər məzunlara müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, stajkeçmə, təqaüd və təcrübə proqramları da təklif etmişlər. Burada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil olunaraq, ən qabiliyyətli və perspektivli məzunlar daimi və müvəqqəti iş yerləri ilə təmin edilmişlər.

Tədbirin sonunda müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilmişdir.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında