“Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” mövzusunda III beynəlxalq elmi konfrans

 Azərbaycan Müəllimlər İnstitutunda işə başlayan konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Fransanın ESPE Versal Akademiyası, De Serj-Pontuaz Universitetinin rektoru Jan-Pyer Şevalye, Hindistanın KSTİ Universitetinin professoru Satyendra Patnaik, Avstriyanın Krems Müəllim Hazırlığı Universitetinin professoru Andreas Vessenbak, Avstriyanın təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə Avstriya Agentliyinin nümayəndəsi Karin Doegl, Rusiya, Ukrayna, Gürcüstan ali məktəblərinin, elmi-tədqiqat institutlarının tanınmış alimləri, eləcə də ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri iştirak etmişlər.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, konfrans iştirakçıları əvvəlcə institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmiş və ulu öndərin büstü önünə əklil qoymuşlar.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlamış, konfransın mövzusunun aktuallığından, müəllim hazırlığının müasir problemləri üzrə qəbul olunmuş məruzələrin müzakirəsinin əhəmiyyətindən danışmışdır. Rektor bildirmişdir ki, konfransı da dövlət strategiyasının həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr və onların həlli yolları, beynəlxalq təcrübəyə uyğun, müasir tələblərə cavab verən müəllim hazırlığı sisteminin formalaşması, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə yolları, idarəetmə sisteminin təkmilləşdirilməsi, pedaqoji kadr təminatı məsələlərinə dair müzakirələr aparılacaqdır.

 Beynəlxalq elmi konfransın plenar iclasında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov sürətlə inkişaf edən Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsinə və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac duyulduğunu bildirmişdir. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” mühüm əhəmiyyət kəsb edir. Həmin konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq şəkildə müəyyənləşdirilmiş və təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulmuşdur. Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır.

Azərbaycanda müəllim hazırlığı, ixtisasartırma və müəllimlərin işə qəbulu sahəsində aparılan islahatlara diqqət çəkən nazir müavini hazırda bu prosesə respublikamızın aparıcı mütəxəssislərinin və beynəlxalq ekspertlərin cəlb olunduğunu bildirmişdir. Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmin tətbiqinə başlanılmışdır. Bu mexanizmin üstünlüyü ondan ibarətdir ki, müəllim kadrlarının seçilməsi və yerləşdirilməsi elektron müraciət, elektron imtahan, elektron yerləşdirmə vasitəsilə həyata keçirilir.

Nazir müavini qeyd etmişdir ki, Azərbaycanda təhsil infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində əldə olunmuş nailiyyətlər təhsilin keyfiyyətinə təsir edən başlıca amillərdir. Müəllimlərin peşəkarlığının artırılmasına nail olmadan təhsil sahəsində uğurlu nəticələr əldə etmək mümkün deyil. Daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır. Bütün bunlar müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin tətbiqini zəruri edir.

Daha sonra Fransanın ESPE Versal Akademiyası, De Serj-Pontuaz Universitetinin rektoru Jan-Pyer Şevalye, Hindistanın KSTİ Universitetinin professoru Satyendra Patnaik, Avstriyanın Krems Müəllim Hazırlığı Universitetinin professoru Andreas Vessenbak, Avstriyanın təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə Avstriya Agentliyinin nümayəndəsi Karin Doegl çıxış etmişlər.

Günün ikinci yarısında konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında