Hilton Baku otelinin nümayəndələri ATİ-də görüş keçirmişlər

“Hilton Baku” otelinin təşəbbüsü ilə keçirilmiş “Karyera həftəsi” layihəsi çərçivəsində ATİ tələbələri ilə otel nümayəndələrinin görüşü təşkil edilmişdir. Bu barədə Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən aldığımız məlumatda deyilir.

Hilton Baku otelinin baş meneceri Todori Kalamaris tələbələrlə nəzərdə tutulmuş tədbirdən əvvəl ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovla görüşmüş, Azərbaycan Turizm İnstitutunda səmimi qarşılandığı üçün ona təşəkkürünü bildirmişdir. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında tanınmış turizm mütəxəssislərini hər zaman görməkdən məmnun olduğunu ifadə etmiş, həmçinin, belə görüşlərin mütəmadi xarakter almasında maraqlı olduğunu da diqqətə çatdırmışdır. C.Cəfərov daha sonra bildirmişdir ki, dünyanın aparıcı  otel brendi sırasında layiqli yerə sahiblənən  “Hilton Baku” otelinin nüfuzlu nümayəndələrinin tələbələrlə bu görüşü ATİ məzunlarının uğurlu karyera qazanmasına təkan ola bilər.

Təqdimat-seminar formatlı tədbirdə “Hilton Baku” otelinin baş meneceri Todori Kalamaris və İnsan resurları şöbəsinin koordinatoru Rəşad Hüseynzadə çalışdıqları otellər şəbəkəsinin əsasının 95 il əvvəl ABŞ-da Konrad Hilton tərəfindən qoyulduğunu, “Dünyanı qonaqpərvərlik işığı və istisi ilə sevindirək” devizinə hər zaman sadiq qaldıqını xüsusi vurğulamışlar. Rəşad Hüseynzadə tələbələrin diqqətinə çatdırmışdır ki, qonaqpərvərlik biznesində təkcə otellər şəbəkəsindəki otaqların sayına görə deyil, göstərilən yüksək xidmət mədəniyyəti sayəsində mənfəətlə bərabər, nüfuz da qazanmaq olar. İş prosesində komanda  fəaliyyətinə xüsusi önəm verildiyi səbəbindəndir ki, “Hilton Baku” otelinin nüfuzu gündən-günə artır.

Təşkil edilən bu görüşdə institutun tələbələri əsasən karyeranı necə qurmaq olar, “Hilton Baku”da çalışmaq üçün başlıca şərt nədir, komanda deyilən heyətdə bizləri görmək istərdinizmi, otellərdə vəzifə bölgüsü necə aparılır? –  kimi suallara cavab istədiklərini bildirmiş və həmin suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır. Eyni zamanda CV-lərin tərtib edilməsi qaydaları və müsahibə zamanı özünü təqdim etmək bacarığı barədə tələbələrə ətraflı məlumat verilmişdir. Otelin baş meneceri ATİ-də olarkən İnstitutun Turizm və qonaqpərvərlik fakültəsinin dekanlığı və Mehmanxana və restoran biznesi kafedrasının əməkdaşları ilə də görüşmüşdür.

“Hilton Baku” oteli əməkdaşlarının təşəbbüsü ilə “Karyera həftəsi” layihəsi çərçivəsində təşkil olunmuş növbəti təqdimat-görüşün sonunda ATİ-nin Tədris şöbəsinin müdiri Nərminə Abdullayeva kollektiv adından qonaqlara təşəkkür etmiş və görüş iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında