Şeirin, sözün işığında

Səbail rayonundakı 51 nömrəli orta məktəbdə xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi. Tədbiri məktəbin direktoru Lətafət Səmədova açaraq qonaqları salamladı. O, şairin məktəblilərlə görüşünün xüsusi əhəmiyyət daşıdığını, onların poeziyaya, ədəbiyyata dərindən həvəs göstərdiklərini və belə tədbirlərin bütün iştirakçıların yaddaşında silinməz iz qoyacağını vurğuladı.

Qeyd olundu ki, məktəbin öz ənənələri var. Şagirdlər hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. Məktəblilərimiz bəlkə də şəhərdəki saraylarda, teatr və incəsənət ocaqlarındakı tədbirlərdə iştirak etməyə bir az çətinlik çəkirlər. Lakin bugünkü tədbirdə hamı həvəslə iştirak edir, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəriman Həsənzadə ilə görüşdüklərinə görə özlərini bəxtəvər sayırlar.

Sonra N.Həsənzadənin həyat və yaradıcılığını əks etdirən slayd təqdim edildi.

Məktəbin 3 “a” sinif şagirləri Xəlil və İlahə bir daha şairi salamladılar, onun şeirlərini sevə-sevə oxuyub əzbərlədiklərini söylədilər. Sonra həmin sinfin şagirdlərindən Tahir, Mətin, Xəyalə, Əsgər, Mütalib, Sinan, Züleyxa, Mirnəsib, Əsəd, Səma, Aygün, Hökümə, Rəsul, Ayxan, Nihat və başqaları Nəriman Həsənzadənin “Azərbaycan”, “Heykəl”, “Mən”, “Zirvə”, “Yaşamaq öyrədir təbiət bizə” və digər şeirlərini toplaşanların diqqətinə çatdırdılar. Şəfanın ifa etdiyi “Gül bir az” mahnısı tədbirə xoş ovqat qatdı.

Hələ məktəbə qonaq kimi gələn balaca Nərgizin söylədiyi “Nəzrin gör kim olacaq” şeiri, şagirdlərdən Sevinc və Nurayın ifa etdikləri bədii nümunələr, İlhamın sazda çaldığı aşıq musiqisi, Nigar və Tamerlanın ifa etdikləri “Sən bağışladın” və “Sənsən həyatım” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Tədbirin sonunda direktor L.Səmədova məktəblilərlə görüşə görə xalq şairinə təşəkkür etdi. Nəriman Həsənzadəyə məktəbin “Fəxri müəllimi” adının verilməsini təsdiq edən diplom və xatirə hədiyyələri təqdim olundu.

Nəriman Həsənzadə görüşün yüksək səviyyədə təşkil olunduğunu, onda unudulmaz anlar yaşatdığını bildirdi, şeirlərindən nümunələr səsləndirdi.

Tədbirin yüksək səviyyədə təşkilində məktəbin müəllimlərindən Səkinə İbadova, Almaz Novruzova, Səadət Məmmədova və başqalarının xüsusi əməyi olduğu qeyd edildi.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə, Səbail Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlmaniz Ələkbərov və başqa qonaqlar iştirak edirdilər.

 

Qabil YUSİFOĞLU

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında