Beynəlxalq Uşaq Festivalında

Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupunun və “Çiçəyim” uşaq teatr studiyasının üzvləri aprelin 20-dən 26-dək Türkiyənin İstanbul şəhərində səfərdə olmuşlar.

İstanbulun Baxçalıevlər Kaymakamlığı İlçə Milli Təhsil Müdirliyi tərəfindən 23 aprel Beynəlxalq Uşaq Festivalına dəvət alan Yaradıcılıq Mərkəzinin 33 nəfərdən ibarət nümayəndə heyəti tədbirdə türk və liviyalı uşaqlarla birgə çıxış etmişlər.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, festivala toplaşan kaymakamlıq, bələdiyyə və təhsil şöbəsindən olan qonaqlar, sakinlər, uşaqlar və valideynlər ifa olunan “Azərbaycan suitası”, “Şənlik” rəqsi və “Azərbaycan” mahnısını məmuniyyətlə dinləmişlər. Teatr studiyasının üzvü 9 yaşlı Rüfət Məmmədovun çıxışı ilə bağlı yerli mətbuatda maraqlı məqalə dərc olunmuşdur.

 Baxçalıevlər Kaymakamlığı, bələdiyyə və təhsil şöbəsinin rəhbərləri Azərbaycan nümayəndə heyəti ilə görüşmüşlər. Görüş zamanı türkiyəli rəsmilərə Azərbaycan bayrağı, milli geyimdə olan gəlincik, müxtəlif suvenirlər və Azərbaycan miniatür xalçaları hədiyyə olunmuşdur. Baxçalıevlər Kaymakamı Mehmet Ali Özyiğit mərkəzin rəhbərliyinə və uşaqlara festivalda fəal iştirakına görə təşəkkürünü bildirmiş və onlara müxtəlif mükafat, diplom və hədiyyələr təqdim etmişdir.

Aprelin 25-də isə Baxçalıevlərdəki liseydə festivalın final konserti təşkil olunmuşdur. Konsertdə Azərbaycan rəqqasları uğurla çıxış etmişlər. Balacaların hazırladıqları səhnəcik və kompozisiyalar da maraqla qarşılanmışdır.

Konsertin ən maraqlı çıxışı isə dərnək üzvü Şahin Tağızadənin ifa etdiyi “Çırpınırdı Qara dəniz” mahnısı olmuşdur. Mahnının final hissəsində “Azərbaycan bayrağını Qarabağdan asacağız” sözlərini zala toplaşanlar əllərində Azərbaycan bayraqları ayağa qalxaraq, xorla ifa etmişlər.

 

Samirə ƏLİYEVA, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında