Neft Akademiyasında müharibə veteranı ilə görüş

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında Böyük Vətən müharibəsi veteranı, akademiyanın “Elektrotexniki qurğular və yüksək gərginliklər texnikası” kafedrasının dosenti Mirəli İbrahim oğlu Əbdürrəhmanovla görüş keçirildi. 

Tədbiri giriş sözü ilə açan ADNA rektoru, akademik Siyavuş Qarayev İkinci Dünya müharibəsini bəşəriyyət üçün dəhşətli faciələr, fəlakətlər dövrü kimi xarakterizə etdi. Rektorun sözlərinə görə, müharibədə qələbənin 69-cu ildönümü tamam olduğu günlərdə o dövrü xatırlamaq ona görə lazımdır ki, belə dəhşətlər bir daha təkrar olunmasın. 1941-1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Onların 10 mindən çoxu qadın olub. 300 min əsgər döyüşlərdə həlak olub. Göstərdiyi şücaətə və igidliyə görə 400 mindən artıq azərbaycanlı müxtəlif orden və medallarla təltif olunub, 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədə Azərbaycan neftçiləri də böyük rol oynayıb, 1941-45-ci illərdə ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları verilib.

Siyavuş müəllim bildirdi ki, müharibə illərində Neft Akademiyasından hərbi xidmətə çağırılan əməkdaşların bir qismi qələbədən sonra yenidən bu şöhrətli tədris müəssisəsinə qayıdaraq, fəaliyyətlərini davam etdirib. Hazırda təhsil ocağında çalışan Mirəli İbrahim oğlu Əbdürrəhmanov öz bilik və bacarığını tələbələrlə bölüşür, gənc nəslin təlim-tərbiyəsi ilə yaxından məşğul olur. Neft Akademiyasının rəhbərliyi oddan-alovdan keçmiş bu şəxsə xüsusi diqqət və qayğı ilə yanaşır.

Sonra Əməkdaşların Həmkarlar Komitəsinin sədri Məzahir Babayev və  energetika fakültəsinin dekanı Yusif Cəbiyev çıxış edərək veteranı Qələbə Günü münasibətilə təbrik etdilər, ona cansağlığı arzuladılar. Rektor müharibə veteranına gül dəstəsi və hədiyyə təqdim etdi. Mirəli müəllim cəbhə xatirələrindən söz açdı.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında