Professor Əli Həsənovun “Geosiyasət” kitabı Bakı Dövlət Universitetinin kitabxanasına və tələbələrinə hədiyyə olunmuşdur

 

Mayın 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri ilə görüşmüşdür.

Görüşdə ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən Ə.Həsənov ulu öndərin ideyalarının  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.  

Dahi rəhbərin elmə, təhsilə, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına daim böyük əhəmiyyət verdiyini xatırladan Ə.Həsənov tələbələrə təhsildə uğurlar arzulamış, tövsiyələrini vermişdir. 

Sonra Əli Həsənov müəllifi olduğu “Geosiyasət” kitabını Bakı Dövlət Universitetinin kitabxanasına, həmçinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin görüşdə iştirak edən tələbələrinə hədiyyə etmişdir.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov tələbələrlə görüşünə və “Geosiyasət” kitabını hədiyyə etdiyinə görə Əli Həsənova təşəkkürünü bildirmişdir. 

Tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” kitabı geosiyasət sahəsində Azərbaycan dilində işıq üzü görmüş ilk dərslikdir. Burada geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışların yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin, müasir tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri, fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Kitabda, həmçinin orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə, yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti, perspektivləri haqqında ətraflı məlumat verilir, oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.

Kitab 9 fəsildən ibarətdir. Azərbaycan geosiyasət elminə layiqli töhfə olan kitabda hər fəslin sonunda verilmiş təkrar və məşğələ sualları tələbələrə mövzuları daha dərindən mənimsəməyə kömək edəcəkdir.

Dərslikdə qısa geosiyasi lüğət, istifadə olunmuş ümumi ədəbiyyat və informasiya resursları barədə məlumat vardır, ingilis və rus dillərində xülasələr verilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında