Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə 2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq olunmuşdur

 

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, dövlət sifarişi ilə (yəni, tələbələr üçün ödənişsiz) bakalavriat və magistratura səviyyələrinə qəbul planı ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı ayrı-ayrı ixtisasların prioritetliyi nəzərə alınmaqla tərtib edilmişdir. Qəbul planında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq, ali təhsil müəssisələrinin maddi-texniki və tədris laboratoriya bazalarının mövcud vəziyyəti, elmi-pedaqoji potensialı, TQDK və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən olunmuş prioritet ixtisaslar nəzərə alınmışdır.

 

 

Ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz artırılmışdır. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı çoxaldılmışdır.

Özəl ali təhsil müəssisələrinə qiyabi təhsil forması üzrə qəbul dayandırılmış, Azərbaycan İctimai Siyasi Universitetnə və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına pedaqoji ixtisaslar üzrə qəbul planı verilməmişdir.Pedaqoji ixtisaslar üzrə qəbul yalnız Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərində aparılacaq.

Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılmışdır. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, baytarlıq, aqromühəndislik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvobitkilər ixtisaslara qəbul yalnız dövlət sifarişi əsasında aparılacaqdır.

Məlumatda daha sonra bildirilir ki, ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmamışdır. Bakalavr buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmamışdır.

Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15667 yerdən 11266 yerə endirilmişdir.

Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılmış, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılmışdır. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılmışdır. Texniki istiqamətli kolleclərdə isə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılmışdır.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında