Tanınmış yazıçı-publisist Elmira Axundovanın Dövlət mükafatına təqdim olunmuş “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildliyinin Dövlət İdarəçilik Akademiyasında ictimai müzakirələri keçirilmişdir

 

Aprelin 25-də Dövlət Mükafatları Komissiyası elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2014-cü ilin Dövlət mükafatlarına təqdim olunan işlərin siyahısını elan etmişdir.

Komissiya Dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədi ilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən təqdim olunan işlərin ictimai müzakirəsinin keçirilməsini xahiş etmişdir.

Dövlət mükafatına təqdim olunan işlər sırasında tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın Azərbaycan və rus dillərində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı 6 cildlik (6-cı cild 2 kitabdan ibarətdir) roman-tədqiqatı da vardır.

Çoxcildliyi ədəbiyyat sahəsi üzrə 2014-cü ilin Dövlət mükafatına Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu təqdim etmişdir.

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çoxcildliyin ictimai müzakirəsi keçirilmişdir. İctimai müzakirədə tanınmış elm xadimləri, Milli Məclisin deputatları, Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müzakirələri açaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulamış, “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildliyinin ictimai müzakirəsinin məhsuldar keçəcəyinə əminliyini ifadə etmişdir.

Akademik U.Ələkbərov demişdir ki, ictimai müzakirəsini keçirdiyimiz çoxcildlik tanınmış yazıçı-publisist Elmira Axundovanın uzun illəri əhatə edən məhsuldar yaradıcılıq fəaliyyətinin bəhrəsidir. Çoxcildliyi oxuyarkən qəti əminlik hasil olur ki, müəllifin bu əsərləri bədii düşüncə ilə yanaşı, daha çox real həyat hadisələrinin, ciddi tarixi-siyasi proseslərin peşəkarcasına müşahidəsinin və arxiv sənədləri üzərində ciddi yaradıcılıq işinin məhsuludur.

Diqqətə çatdırılmışdır ki, Elmira Axundova on ildən artıq gərgin əməyinin nəticəsi olan “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyindən əvvəl ulu öndərin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdirən “Poliqrafçının ölümü”, “Həqiqət anları”, “Şüşə saray” kitablarını yazmışdır. Onun ümummilli liderin fəaliyyətinə həsr edilmiş əsərləri 1990-cı ildən sonrakı dövrdə siyasi publisistikanın ən yaxşı nümunələridir.

“Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildliyinin müzakirəsində Milli Məclisin insan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova, parlamentin deputatları - texnika elmləri doktoru, professor, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən əsərlərin müəllifi Hüseynbala Mirələmov, tarix elmləri doktoru, professor Musa Qasımlı, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Asif Rüstəmov, ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev, Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov və başqaları çıxış edərək ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışmış, çoxcildliyin elmi-siyasi əhəmiyyətini və müəllif Elmira Axundovanın əməyini yüksək qiymətləndirmişlər.

Bildirilmişdir ki, yazıçı-publisist Elmira Axundovanın roman-tədqiqat janrında yazdığı “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildliyi Əliyevşünaslıq elminə qiymətli töhfədir.

Bütün çıxışlarda çoxcildliyin Dövlət mükafatına layiq əsər olduğu xüsusi vurğulanmışdır.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov ictimai müzakirələrə yekun vuraraq demişdir: “Tədbirdə çıxış edənlərin hamısının yekdil fikri budur ki,  ”Heydər Əliyev. Şəxsiyyət və Zaman" çoxcildliyi Dövlət mükafatına layiq olan qiymətli əsərdir".

Sonda “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin müəllifi Elmira Axundova çıxış edərək roman-tədqiqata verilən yüksək qiymətə görə minnətdarlığını bildirmiş, bu əsərlər əsasında xarici oxucular üçün 3 cilddən ibarət kitab üzərində işlədiyini qeyd etmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında