Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış

 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun (Qəzənfəroğlu) yeni kitabı çapdan çıxmışdır. “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)” adlı monoqrafiyasında ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətt izah olunur. Bunlar İslam-Türk mədəniyyəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası:

qərbpərəstlik, avropasayağı “mollanəsrəddinçilik”, milli bolşevizm-sosializm,

sovet azərbaycançılığıdır.

Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və müasir dövrümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb. Özəlliklə, milli ideyaların çağdaş dövrdə nə dərəcədə aktuallığı məsələsi araşdırılmış, yeni fikirlər irəli sürülmüşdür. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun dini dəyərlər və vətəndaş cəmiyyəti ilə oxşar və fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilmişdir.

Müəllifin fikrincə, hazırda Azərbaycan xalqının milli şüuruna ciddi təsir göstərən faktorlar arasında qloballaşma prosesi xüsusi yer tutur. Bir çoxları hesab edirlər ki, qloballaşmanın əsas ideyaları modernləşmə, postmodernləşmə, demokratiya, liberalizm və vətəndaş cəmiyyətidir. Bütün bunlar Azərbaycan vətəndaşının təfəkküründə yaxşı halda beynəlmiləl, pis halda isə kosmopolit şüur formalaşdıra bilər. Bu ideyaların tətbiqi zamanı sosial mənşəyindən, irqindən, milli mənsubiyyətindən, dinindən asılı olmayaraq bütün insanların hüquq və azadlıqları önə çəkildiyi üçün millilik arxa plana keçirilir. Xüsusilə, son zamanlar vətəndaş cəmiyyəti, çoxmədəniyyətlilik, informasiya cəmiyyəti, tolerantlıq anlayışlarının qloballaşma prosesinin tərkib hissəsi kimi təbliği çox düşündürücüdür. Biz qloballaşma prosesi anlamında aldadıcı və zahirən müsbət görünən (məsələn, fərdin azadlığı millətin və dövlətin azadlığında üstündür) ideyaların içində şüurlarımıza yeridilən, milli və dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə son dərəcə diqqətli olmalıyıq. Bu baxımdan monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin – bakalavrların, magistrlərin, doktorantların, elmi işçilərin, müəllimlərin, eyni zamanda, geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.

Onu da qeyd edək ki, eyniadlı kitabın birinci hissəsi 2012-ci ildə nəşr olunmuşdur. Kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Əli Abasov və fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir.

Anar TURAN, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında