Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir

 

Mayın 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başa çatması, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması, magistraturaya qəbul, sınaq imtahanları və digər məsələlər barədə məlumat vermişdir.

TQDK-nın sədri, həmçinin rus bölməsinin abituriyentləri üçün keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahan, cari ilin məzunları üçün aparılacaq buraxılış və qəbul imtahanlarının vaxtları haqqında məlumatları da diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün bu il aprel ayının 1-dən aparılan ərizələrin qəbulu aprelin 30-da başa çatmışdır. Bu müddətdə 97 min 321 (2013-cü ildə 100 min 683 nəfər) abituriyent ərizəsini təsdiq etmişdir.

Magistratura proqramına seçimin başlandığını xatırladan M. Abbaszadə diqqətə çatdırmışdır ki, bakalavrlar mayın 1-dən 5-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramlar “Magistr” jurnalında dərc olunmuşdur).

Proqramı seçib təsdiq etmiş bakalavrlar mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaqdır. Magistratura üzrə plan yerlərində qiyabi təhsil yoxdur. Magistraturanın plan yerləri keçənilki plan yerləri ilə müqayisədə 5 faiz azalmışdır. Builki plan yerlərinin sayı 6 min 565-dir.

M.Abbaszadə məlumat vermişdir ki, TQDK mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcəkdir.

Eyni zamanda, bildirilmişdir ki, mayın 12-dən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu mayın 12-dən iyunun 12-dək internet vasitəsilə aparılacaqdır.

Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanlarında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Bildirilmişdir ki, imtahanlar barədə məlumatlar TQDK-nın saytında verilmişdir.

Mətbuat konfransında “Abituriyent” jurnalının 3 nömrəsinin təqdimatı da olmuşdur.

Sonra M.Abbaszadə jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında