Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin nümayəndə heyəti MDU-nun Bakı filialında olmuşdur

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) iqtisadiyyat fakültəsinin nümayəndə heyəti bu ali təhsil ocağının

Bakı filialında olmuşdur.

AzərTAc xəbər verir ki, MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, iqtisadiyyat elmləri doktoru Aleksandr Auzanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı filialında iqtisadiyyat fakültəsinin  tələbələri ilə görüşmüşdür.

MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq, filialda iqtisadiyyat fakültəsinin 2012-ci ilin sentyabrından açıldığını, burada 47 tələbənin təhsil aldığını bildirmişdir. Rektor diqqətə çatdırmışdır ki, fakültə iki istiqamət üzrə fəaliyyət göstərir: iqtisadiyyat və menecment.

Tələbələrlə səmimi şəraitdə keçən görüşdə qeyd edilmişdir ki, Bakı filialında iqtisadiyyat fakültəsinin yaradılması bu istiqamətdə təhsilin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması məqsədini daşıyır. Görüşdə Bakı filialının iqtisadiyyat fakültəsinin inkişaf perspektivləri, tədris prosesinin və elmi tədqiqat işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması yolları müzakirə olunmuşdur.

Filialda tədris prosesi, tədris korpusu, laboratoriyalar, həmçinin tələbələr və müəllimlər üçün yataqxana ilə tanış olduqlarını deyən  moskvalı qonaqlar filialda yaradılan yüksək şəraiti qeyd etmiş, bu ali təhsil ocağının maddi-texniki təchizatı ilə bağlı məmnunluqlarını ifadə etmişlər.

MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, Rusiya Prezidenti yanında İqtisadi Şuranın üzvü Aleksandr Auzan fakültənin gələcək inkişafı ilə bağlı planlardan danışmış, tələbələrin suallarını cavablandırmışdır. O bildirmişdir ki, bu, tələbələrlə ilk görüşüm deyildir. Mən bir il əvvəl də buraya gəlmişdim. Onlar hələ bir il bundan əvvəl mənim xoşuma gəlmişdilər. Amma indi görürəm ki, onların gələcəyə maraqları oyanmışdır. Doğma ölkələri  Azərbaycanda öz biliklərindən necə istifadə edəcəklərini, nə ilə faydalı olacaqlarını düşünürlər. İqtisadiyyat fakültəsində magistraturanın açılmasına gəlincə isə bu məsələ filialın rektoru, professor Nərgiz Paşayeva ilə danışıqların mövzularından biridir. MDU-nun iqtisadiyyat fakültəsində 15 magistr proqramı vardır. Onların hər biri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır. Düşünürəm ki, əgər sıx işləsək, 2015-ci ildə həm Bakıda, həm də Moskvada, eyni zamanda təhsil almağa imkan yaradan magistraturanı açmaq mümkün olacaqdır.

Görüşdə Bakı filialının tələbələri təhsillərinin xaricdə davam etdirilməsi imkanlarını müzakirə etmişlər.

MDU-nun beynəlxalq əlaqələr üzrə dekan müavini Vladimir Eçenike Bakı filialının tələbələrinin tələbə mübadiləsi proqramına daxil olmaq imkanlarının nəzərdən keçirildiyini söyləmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında