Azərbaycan kitabları Budapeştdə

 

 

 

Macarıstanın paytaxtı Budapeştdə XXI beynəlxalq kitab festivalı keçirilib. Beynəlxalq kitab bayramında ölkəmiz də təmsil olunub. Bu  barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə nazirliyin  nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və nazirliyin mətbuat katibi İntiqam Hümbətov iştirak ediblər. Azərbaycan stendində ölkəmizin nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin son illərdə inkişafını nümayiş etdirən çap məhsulları yer alıb.

 Ziyarətçilərə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəfis tərtibatlı kitablar təqdim edilib. Kitab festivalının rəsmi açılışından sonra ilk dəqiqələrdən stendimizə böyük maraq göstərilib. Nəfis tərtibatlı nəşrlər, milli mətbəximiz, turizm bölgələrimiz, Qarabağ haqqında kitablar xüsusilə diqqəti cəlb edib. Ziyarətçilərə Azərbaycanda kitab və poliqrafiya işinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, eləcə Bakıda ənənəvi olaraq keçirilən beynəlxalq kitab sərgi-yarmarkası haqqında, ümumilikdə ölkəmizin inkişafı, respublikamızda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verilib. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə məlumatlar  və tanıtım nəşrləri də maraqla qarşılanıb.

Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də stendimizlə yaxından tanış olublar. Sərginin ilk günü keçirilən yaddaqalan tədbirlərdən biri də Türkiyənin təşkil etdiyi təqdimat olub. Qardaş ölkə Budapeşt kitab festivalının fəxri qonağıdır. Təqdimatda Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik çıxış edib. Sərgiyə 20-dək ölkədən nəşriyyat, kitab evi və qurumların təmsilçiləri qatılıb. XXI Budapeşt beynəlxalq kitab festivalı aprelin 27-də başa çatıb.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında