Xatirəsi daim anılacaq və əbədi yaşayacaq...

 

 

 

 

 

Görkəmli akademik Zərifə xanım Əliyevanın  anadan olmasının 91-ci ildönümü qeyd edilmişdir

 

 

Xətai rayonu

Aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü  münasibətilə Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Xətai rayon təşkilatının akt zalında xatirə gecəsi keçirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, XX əsr Azərbaycan tarixinin tanınmış simalarından olan Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim idi. Onun həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə  Ulu Tanrının verdiyi yüksək mənəvi xüsusiyyətləri özündə birləşdirən böyük insan obrazı canlanır.

Natiq görkəmli akademikin həyat və fəaliyyəti, yüksək insani keyfiyyətləri haqqında geniş məlumat verərək bildirdi ki, Zərifə xanım Əliyeva  respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Xatirələrin geniş ifadə edildiyi tədbirdə “Görkəmli adamların həyatı” seriyasında “Molodaya qvardiya” nəşriyyatında nəşr olunan “Zərifə Əliyeva” kitabının müəllifi, Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov çıxış edərək bildirdi ki, Zərifə xanım, sözün həqiqi mənasında, bütün insani dəyərləri özündə birləşdirən bir mələk idi. Onun haqqında xatirələri toplayarkən bir daha şahidi oldum ki, Zərifə xanımla bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirlər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm mücəssəməsi və saf ürək sahibi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi.

Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Təkcə bumu? Əlbəttə yox. Zərifə xanım Əliyeva həm də  Azərbaycana  ləyaqətli, dəyanətli və istedadlı övladlar bəxş etmiş böyük anadır. Bu ananın taleyinə təkcə ulu öndərin silahdaşı, sədaqətli ömür-gün yoldaşı olmaq yox, həm də bu gün Azərbaycanın müstəqilliyini şərəflə və dəyanətlə qoruyan, inkişaf etdirən İlham Əliyev kimi bir oğul tərbiyə edib, böyütmək nəsib olub. Bax, bu mənada Zərifə xanım həyatdan tez getsə də, xoşbəxt tale yaşamış bir insan olub. Professor V.V.Şmelyeva haqlı olaraq deyirdi ki, əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavili Jalə Abdıyeva, YAP Xətai rayon təşkiladı qadınlar şurasının sədri  Vüsalə Məcidova, Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyova və başqaları çıxış edərək akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlardan, onun həkimin peşə vəzifəsi ilə bağlı mövqeyindən, xəstəyə münasibətindən, insani keyfiyyətlərindən  və humanist əməllərindən geniş danışdılar. Sonda qeyd olundu ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Xatirə tədbirinin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirildi.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto), “Xalq qəzeti”

 

 

Suraxanı rayonu

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, ictimai xadim, əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində  görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə yaradılmış guşədə  qoyulmuş büstü önünə tər güllər düzmüş,  foto, kitab sərgisinə baxmışlar.

Tədbir mərkəzin elektron lektoriya zalında davam etdirilmişdir. Konftans iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmiş, haqqında filmə baxmışlar.

Konfransı  rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov giriş sözü ilə açaraq qeyd etmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil edir, elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.

İlqar Abbasov qeyd etmişdir ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.

Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə danışan 24 nömrəli şəhər poliklinikasının baş həkimi Rəsul Abbasov, 24 nömrəli birləşmiş şəhər xəstəxanasının həkimi Sülhiyyə Səmədova, 15 nömrəli Birləşmiş şəhər xəstəxanasının həkimi Dürdanə Kəngərli, 23 nömrəli şəhər poliklinikasının baş həkimi Şərəbanu Yusifzadə və başqaları akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı istiqamətində apardığı tədqiqat işlərini xüsusi vurğulayaraq qeyd etmişlər ki, akademik Zərifə xanımın bir alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.

Konfransda səslənən fikirləri ümumiləşdirən icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.

 Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin -ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Konfransın sonunda akademik Zərifə xanım Əliyeva haqqında mahnı səslənmişdir.

V. BAYRAMOV,

“Xalq qəzeti” 

 

 

Binəqədi  rayonu

Görkəmli oftalmoloq alim, qayğıkeş insan Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi rayonunda akademik Zərifə Əliyevanın adını daşıyan parkda  keçirilən tədbir görkəmli elm və ictimai-siyasi xadim, müasir Azərbaycan qadınları üçün, sözün əsl mənasında, ideal sayılan Zərifə xanımın əziz, nurlu xatirəsinə olan ehtiramın, sonsuz məhəbbətin parlaq təcəssümü idi.

Rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxışında bildirdi ki, Zərifə xanım Əliyeva qədirbilən xalqımızın, onu tanıyanların, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qalmışdır. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.

Rayon icra hakimiyyəti başçısının müavini  Aygün Əliyeva Azərbaycan elminə, səhiyyəsinə misilsiz töhfələr vermiş tanınmış oftalmoloq alimin, cəmiyyətimiz üçün layiqli vətəndaş, görkəmli ictimai-siyasi xadim yetişdirən bir ananın doğum gününü təqvimin ən əlamətdar günlərindən biri kimi dəyərləndirdi. Natiq bildirdi ki, bütün şüurlu ömrünü insanların sağlamlığının qorunmasına, neçə-neçə xəstəyə dünya işığı bəxş etmiş Zərifə xanım gələcəyimiz olan uşaqları bir ana kimi sevir, onlara xüsusi qayğı və nəvazişlə yanaşırdı.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd etdi ki, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində doğulub boya-başa çatmış Zərifə xanım nəsillərə örnək olan bir ömür yaşadı. Bu gün ömür-gün yoldaşı, ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın inkişaf edib çiçəkləndiyinə, cəmiyyətimizə layiqli vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı övladı, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə layiqincə rəhbərlik etdiyinə görə Zərifə xanımın ruhu şaddır.

Tədbirdə çıxış  edən YAP Qadınlar Şurasının sədri, tanınmış oftalmoloq alim, bənzərsiz insan, sədaqətli ömür-gün yoldaşı, gözəl, mehriban ana Zərifə xanım Əliyevanın nəsillərə örnək olan ömür yolunun bəzi məqamlarından söhbət açdı. Natiq qeyd etdi ki, Zərifə xanım xalqımızın yetişdirdiyi elə şəxsiyyətlərdən olub ki, o, təkcə elmi fəaliyyəti ilə deyil, bütün mənəvi keyfiyyətləri, nəcib xüsusiyyətlərinə görə də hər zaman sevilir. Çünki yüksək əxlaqi və mənəvi dəyərlərə malik bir ailədə göz açmış Zərifə xanım işıqlı bir ömür yaşadığı kimi insanlara da nur bəxş etdi, onlara diqqət və qayğısını heç zaman əsirgəmədi.

Tədbir iştirakçıları parkda  Zərifə Əliyevanın ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüş, ömrünün ayrı-ayrı anlarını əks etdirən rəsmlərdən ibarət sərgiyə baxdılar.

Sonda akademik Zərifə

xanım Əliyeva haqqında mahnılar  dinlənildi.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 

Sabirabad rayonu

Aprelin 28-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində  görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən guşə ilə tanış olmuşlar.

 Rayon ictimaiyyətinin, ziyalıların, gənclərin iştirak etdikləri tədbirdə rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov  geniş məruzə ilə çıxış etmişdir. Natiq bu günlər respublikanın hər yerində olduğu kimi, Sabirabadda  da görkəmli ictimai xadim və oftalmoloq alim Zərifə Əliyevanın 91 illik yubileyi ilə bağlı silsilə tədbirlərin, konfransların keçirildiyini bildirmiş, alimin oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açmışdır.

Natiq bildirmişdir ki, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Təbiətin bəxş etdiyi nadir keyfiyyətlər, yorulmaq bilmədən çalışmaq əzmi onu hərtərəfli bir şəxsiyyətə çevirmişdir. Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür. Zərifə xanım ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdu. Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən  sənədli film nümayiş olunmuşdur.

S.HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin

bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında