“ADA” Universitetində Niderland Krallığının nümayəndə heyəti ilə görüş olmuşdur

 

 

Aprelin 23-də “ADA” Universitetində Niderland Krallığının işgüzar nümayəndə heyəti ilə görüş olmuşdur. AzərTAc xəbər verir ki, görüş “ADA” Universiteti və “Maastrixt Menecment” Məktəbinin birgə əməkdaşlığı çərçivəsində keçirilmişdir.

Qonaqları salamlayan xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışmışdır.

Hafiz Paşayev bu cür görüşlərin iki ölkə arasında diplomatik, mədəni, o cümlədən təhsil sahəsində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Hafiz Paşayev, “ADA” Universiteti ilə bir çox ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndiyini qeyd etmişdir.

Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, nümayəndə heyətinin rəhbəri Rene Van der Linden iki ölkə arasında sosial-iqtisadi, təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra çıxış edən Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsen işgüzar görüşlərin iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını söyləmişdir.

Tədbirdə “ADA” Universitetinin və “Maastrixt Menecment” Məktəbinin tarixi, strukturu, hədəfləri haqqında məlumat verilmişdir.

Görüşdə “ADA” Universitetinin strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynov nümayəndə heyətinə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən irimiqyaslı regional layihələr haqqında məlumat vermişdir.

Qeyd edilmişdir ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır. Bütün bunlar Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Səfər çərçivəsində Niderland Krallığının nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcəkdir.

Aprelin 24-də “ADA” Universitetində Niderlandın Azərbaycandakı səfirliyi tərəfindən Kral Günü münasibətilə qəbul təşkil ediləcəkdir.

Bundan əlavə, nümayəndə heyəti MsM məzunları və cari “ADA” Universiteti-MsM MBA iştirakçıları ilə də görüşəcəkdir.

“ADA” Universiteti Niderlandın “Maastrixt Menecment” Məktəbi ilə birgə Ekzekyutiv MBA proqramını həyata keçirir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında