Kiyevdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevaya həsr edilmiş kitabın təqdimatı olmuşdur

 

 

Kiyevdə “Xəstəxanadaxili infeksiyaların aktual problemləri: mikroorqanizmlərin mikroblara qarşı preparatlara rezistentliyi, dezinfeksiya və sterilizasiya” mövzusunda beynəlxalq elmi-praktiki konfransda “İnfeksiya nəzarəti standartları” kitabının təqdimatı olmuşdur.

Kitabın müəllifi həmvətənimiz, tibb elmləri doktoru, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin baş mütəxəssisi, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu yanında Ukraynanın milli əlaqələndiricisi Aydın Salmanovdur.

Konfransın işində Dünya Səhiyyə Təşkilatının, Ukrayna Ali Radasının, Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Milli Tibb Elmləri Akademiyasının, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin nümayəndələri, ABŞ, Kanada, Almaniya, Türkiyə, Belarus və Gürcüstandan gəlmiş aparıcı alimlər iştirak etmişlər. Beynəlxalq konfransın işini milli və beynəlxalq televiziya kanalları, habelə çoxsaylı elektron kütləvi informasiya vasitələri işıqlandırmışdır.

Kitabın “Cərrahiyyədə risklərin idarə edilməsi” adlanan birinci hissəsi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə, habelə kitabın müəllifinin N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı dövrlə (1970-ci illərin sonu – 1980-ci illərin əvvəli) bağlı Zərifə xanım Əliyeva haqqında xatirələrinə həsr edilmişdir.

Kitabın ikinci hissəsində müalicə-profilaktika müəssisələrinin işində tətbiq edilmək üçün risk-menecment sisteminin əsas prinsiplərinin formalaşmasına yanaşmalar nəzərdən keçirilir.

Səhiyyə sahəsində risklərin idarə edilməsi ilə bağlı mühüm elmi-praktiki informasiyanın cəmləşdiyi bu kitab hüquqşünaslar, səhiyyə təşkilatçıları və menecerləri, müxtəlif ixtisaslar üzrə həkimlər, əczaçılar, epidemioloqlar, habelə I-IV səviyyəli tibbi profilli ali məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Aydın Salmanov 192 elmi işin, 10 monoqrafiyanın, tibbi ali məktəblərin tələbələri üçün iki dərsliyin və bir tədris vəsaitinin müəllifidir. Bundan əlavə, o, Ukraynanın səhiyyə sahəsində üç qanunun və Ukraynada xəstəxanadaxili infeksiyalara fəal epidemioloji nəzarət milli konsepsiyasının müəllifidir. Ukrayna Nazirlər Kabinetinin fəxri fərmanı və dörd dəfə Ukrayna Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında