Tarix İnstitutu AMEA-nın müxbir üzvlüyünə namizədlərini müəyyənləşdirmişdir

 

 

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə bağlı Elmi Şura keçirilmişdir.

İnstitutdan  APA-ya verilən məlumata görə, şura üzvləri AMEA Rəyasət Heyətinin 12 mart 2014-cü il tarixli 9/23 nömrəli qərarı ilə təsdiq edilmiş AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elanla tanış edilmişlər.

Şurada çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan tarixinin müstəqillik dövrünün tələbləri ruhunda yazılmasında Tarix İnstitutunun böyük rol oynadığını, bununla belə, tarix sahəsinə AMEA-nın həqiqi üzvü yeri ayrılmadığını, müxbir üzvlər üçün isə

2 yerin nəzərdə tutulduğunu qeyd etmişdir.

Daha sonra şurada Tarix İnstitutunda AMEA-nın müxbir üzvlüyünə namizədlər gizli səsverməyə çıxarılmışlar. Gizli səsvermə nəticəsində AMEA-nın müxbir üzvlüyünə seçkilərdə iştirak etmək üçün tarix üzrə elmlər doktorları, professorlar Ə. Qasımov,

Ş.Fərzəliyev, T.Məmmədov, K.Şükürov və N.Axundovanın namizədliyi irəli sürülmüşdür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında