ADA Universitetində informasiya günü

 

 

 

Aprelin 10-da ADA Universitetində “Meydana gələn təhlükəsizlik çağırışları üzrə əməkdaşlıq” mövzusunda informasiya günü keçirilmişdir.

AzərTAc xəbər verir ki, NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramı çərçivəsində keçirilən tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edərək bildirmişdir ki, sülh və tərəfdaşlıq olduqca vacibdir. NATO da  bu istiqamətdə fəaliyyət göstərir. O vurğulamışdır ki, bizim sülh naminə elmi bilikləri daha da genişləndirmək imkanımız yaranmışdır.

Əvvəllər iki fərqli qütbün - Qərb və sovet elminin mövcud olduğunu deyən nazir müavini Sovet İttifaqı dağıldıqdan sonra müstəqil ölkələrin öz elmi potensiallarını daha da gücləndirdiyini demişdir. A.Əzimov vurğulamışdır ki, bu proqram çərçivəsində enerji təhlükəsizliyi, elmi inkişafa nail olunması məsələləri mühüm əhəmiyyət kəsb edir. Nazir müavini qeyd etmişdir ki, gələcəkdə NATO ilə yeni əməkdaşlıq istiqamətləri haqqında düşünmək lazımdır.

NATO-nun baş katibinin müavini Sorin Dukaru qeyd etmişdir ki, biz gələcəkdə  meydana çıxacaq çağırışları təxmin edirdik. Lakin son dövrlərdə dünyada baş verən hadisələr uzun müddət tarixdən qalan çağırışları da bizə xatırlatdı. O, yeni əsr üçün konkret konsepsiya ortaya qoyan bölmə haqqında danışmışdır. Məlumat vermişdir ki, bu bölmənin əsas fəaliyyətlərindən biri strateji təhlillər aparmaq, potensial böhranlara hazır olmaq, ölkələri bu təhlükələrlə, təhdidlərlə əlaqədar məlumatlandırmaqdır. 2012-ci ildə NATO “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramının əsas prioritetlərini müəyyən etmişdir. Əsas hədəf terrorizmlə mübarizə, kibertəhlükəsizlikdir. Keçən il Proqrama qiymətləndirmə sahəsi də əlavə olunmuşdur.

S.Dukaru vurğulamışdır ki, diqqəti əsasən yüksək siyasi və elmi praktiki nəticəsi olan layihələrə yönəltmək lazımdır. NATO-nun Azərbaycan ilə tərəfdaşlığı çox yüksək səviyyədədir. Azərbaycan 1994-cü ildə “Sülh naminə Tərəfdaşlıq” Proqramına qoşulan ilk ölkələrdən biridir. Biz çox uğurlu əməkdaşlıq edirik. Birgə bir sıra faydalı layihələr reallaşdırılmışdır və əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarıyıq.

Tədbir “Enerji təhlükəsizliyi”, “Kibermüdafiə”, “Qlobal Təhlükəsizlik çağırışları” sessiyaları ilə davam etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında