“Azərbaycan Respublikasında dövlət qulluğunda Avropa İttifaqı məsələlərinə aid təlim sisteminə dəstək və Avropa İttifaqı məsələləri üzrə mərkəzin yaradılması” layihəsinə başlanılmışdır

 

Aprelin 9-da “ADA” Universitetində “Azərbaycan Respublikasında dövlət qulluğunda Avropa İttifaqı (Aİ) məsələlərinə aid təlim sisteminə dəstək və Aİ məsələləri üzrə mərkəzin yaradılması" layihəsinin başlanması münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarına yeni layihə haqqında məlumat verərək bildirmişdir ki, layihə Belçikanın Avropa Kolleci ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. İkiillik layihənin məqsədi hərtərəfli institutlaşdırma proqramı çərçivəsində “ADA” Universitetinə institusional islahat planını həyata keçirməkdə dəstək olmaqdır.

Rektor Hafiz Paşayev “ADA” Universitetində Aİ üzrə magistratura proqramlarını təşkil etmək niyyətində olduqlarını vurğulamışdır. O, Azərbaycan ilə Avropa İttifaqı arasında getdikcə genişlənən əməkdaşlığa uyğun mütəxəssislərin hazırlanmasına ehtiyac olduğunu demişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard layihənin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, bu layihə Azərbaycan ilə Aİ arasında əlaqələrin daha da inkişaf etməsinə töhfəsini  verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov vurğulamışdır ki, əsas məqsəd insan potensialının artırılmasıdır. Layihə Azərbaycanda yüksək ixtisaslı kadrların yetişdirilməsinə dəstək olacaqdır. O, bu sahədə Aİ ilə əməkdaşlığın mühüm əhəmiyyətini qeyd etmişdir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev demişdir ki, Aİ ilə səmərəli əməkdaşlığın qurulması ölkəmizin xarici siyasətinin prioritetlərindən biridir. Avropa İttifaqı ilə əməkdaşlıqda iqtisadi və ticari əlaqələrin mühüm rolundan danışan nazir müavini Azərbaycanın Aİ-nin Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşı olduğunu diqqətə çatdırmışdır.

Tədbirdə məlumat verilmişdir ki, layihə çərçivəsində dövlət qulluqçularına təlimlərin keçirilməsi, “ADA” Universitetində Avropa İttifaqı üzrə magistratura proqramlarının yaradılması, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkil edilməsi, kitabxana yaradılması, “ADA” Universitetinin professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlimçilər üçün təlim proqramlarının təşkili, o cümlədən tədris proqramlarının təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Tədbirin sonunda “ADA” Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Avropa Kolleci ilə anlaşma memorandumları imzalanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında