Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) həqiqi üzvü seçilmişdir.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu barədə qərar Azərbaycan Mühəndislik Akademiyasının Rəyasət Heyətinin iclasında qəbul olunmuş və AMA-nın prezidenti, akademik Arif Paşayev tərəfindən rəsmi diplom imzalanmışdır.

Akademik Akif Əlizadə bu ada geologiya sahəsində mühüm nəzəri və tətbiqi elmi nəticələri, həmçinin uğurlu elmi-təşkilati fəaliyyətinə görə layiq görülmüşdür.

2005-ci ildə fəaliyyətə başlamış AMA hazırda Milli Aviasiya Akademiyasında yerləşir, texniki elmlər sahəsində fəaliyyət göstərir və öz sıralarında  peşəkar alimləri birləşdirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında