Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunmuşdur

Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsində qalib gəlmiş 20 şagirdin Fransa, Almaniya, Niderland və Belçika krallıqlarına səfərləri təşkil edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil edilən səfər Fransanın paytaxtı Parisdən başlamışdır.
Heydər Əliyev Fondundan bildirmişlər ki, məktəblilər, həmçinin Almaniyanın Köln şəhəri ilə tanış olmuş, Belçikanın Brüssel, Brüqqe, Namur və Dinant şəhərlərinə səfər etmiş, Niderland Krallığının paytaxtı Amsterdamın tarixi yerlərini, muzeylərini gəzmişlər. Zəngin təəssüratla yadda qalan səfərin son günündə nümayəndə heyəti Brüssel yaxınlığındakı Vaterloo şəhərini gəzmiş, tarixi keçmişi yaşadan muzeyləri ziyarət edərək maraqlı məlumatlar əldə etmişlər.
Xatırladaq ki, ənənəvi olaraq keçirilən "Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsində 600 mindən artıq şagird iştirak etmişdir. Yarışmanın son mərhələsində 96 şagird seçilmiş və münsiflər heyətinin qərarına əsasən 21 şagird müsabiqənin qalibi olmuşdur. Onlardan beşi 1-ci yer, daha beş nəfər 2-ci yer, on biri isə 3-cü yerə layiq görülmüşdür.
Fərqlənən 56 şagird fəxri fərmanla mükafatlandırılmış, 87 məktəblinin inşa yazısı kitab halında nəşr olunmuşdur. Onlardan 10-u Naxçıvan Muxtar Respublikasındandır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında