Ümumtəhsil məktəbləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş şahmat festivalının açılış mərasimi keçirilmişdir

 

 

Aprelin 1-də Bakıdakı 18 nömrəli tam orta məktəbdə respublika ümumtəhsil məktəbləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş şahmat festivalının açılış mərasimi keçirilmişdir. 

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov nazirlik tərəfindən dahi rəhbər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş bir çox tədbirlərin, o cümlədən məktəblilər arasında respublika şahmat yarışının keçirildiyini bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan C. Bayramov, eyni zamanda, ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı üçün reallaşdırılan tədbirlərdən bəhs etmişdir.

Şahmat festivalı barədə məlumat verilərək bildirilmişdir ki, Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş festivala paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran və digər şəhər və rayonları təmsil edən məktəblilərdən ibarət komandalar qatılmışlar. Beş gün davam edəcək yarışda iştirak üçün, ümumilikdə, 66 şəhər və rayondan 396 məktəbli qeydiyyatdan keçmişdir. Onlardan 198 nəfəri qızdır.

Yarış İsveçrə sistemi üzrə keçirilir. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir.

Nazir müavini şahmat festivalının iştirakçılarına uğurlar arzulamış, sonra yarış başlanmışdır.

Xatırladaq ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbində on minlərlə məktəbli bu intellektual oyunun sirlərini öyrənir.

2013-cü ildə uşaq-gənclər şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 41, həmçinin Avropa, dünya və beynəlxalq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş, 5 bürünc olmaqla, ümumilikdə, 23 medal qazanmışlar. Ölkə üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i , 14 beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə təhsil sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələridir.

2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədrisinə başlanılmışdır. Hazırda 500-dən çox ümumtəhsil məktəbinin II, III və IV siniflərində şahmat fənni tədris edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında