Təhsil Nazirliyi ABU-da təhsil almış tələbələrin diplomla təmin edilməsi məsələsinə münasibət bildirmişdir

 

 

Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil almış tələbələrin diplomla təmin edilməsi məsələsinə yenidən münasibət bildirmişdir.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdir ki, ABU-ya qanuni əsaslarla daxil olan tələbələrlə bağlı qərar qəbul edilmişdir, onlar ixtisas qrupları üzrə müvafiq özəl ali təhsil müəssisələrinə köçürülmüşlər.

Minlərlə belə tələbə həmin ali təhsil müəssisələrini bitirmiş və diplomlarını almışlar: “Sənədləri şübhə doğurmayan, qanuni əsaslarla həmin ali təhsil müəssisəsinə daxil olan, lakin indiyə kimi problemləri olan tələbələr Təhsil Nazirliyinə müraciət edə bilərlər”.

Nazir müavini xaricdə təhsil alan tələbələrin sonrakı taleyinə də aydınlıq gətirmişdir. C.Bayramov qeyd etmişdir ki, xaricdə təhsillə bağlı Dövlət Proqramı 2007-ci ildə qəbul edilmişdir: “Bu günə kimi Dövlət Proqramı xətti ilə 3 minə yaxın tələbə xaricdə təhsil almağa göndərilmişdir. Yalnız ötən il 1787 nəfər azərbaycanlı tələbə dünyanın müxtəlif yüksək reytinqli ali təhsil müəssisələrinin tələbəsi olmaq statusunu qazanmışdır. Onların bir qismi təhsillərini başa vurmuş və diplomlarını almışlar. Ötən ilin yay aylarının statistikasına əsasən, belə tələbələrin sayı 600-dən bir qədər artıqdır. Onların əksəriyyəti Azərbaycana qayıdaraq müxtəlif dövlət və özəl şirkətlərdə işlə təmin olunmuşdur. Dövlət Proqramı ilə bağlı qəbul edilmiş sənədlərdə həmin tələbələrin Azərbaycana qayıdarkən dövlət qulluğuna üz tutarlarsa, onlar üçün sadələşdirilmiş işə qəbul mexanizmləri var. Təhsil Nazirliyi olaraq biz özümüz bundan kifayət qədər geniş istifadə edirik. Həmin Dövlət Proqramının bir neçə məzunu bu il ərzində Təhsil Nazirliyində işə qəbul olunmuşdur. Mən onların əksəriyyətinin xarici ölkələrdə qalmasını düşünmürəm. Amma ali təhsil aldıqdan sonra tələbələrin orada qalması hallarını da istisna edə bilmərəm. Hesab edirəm ki, onların əksəriyyəti Azərbaycana qayıdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında