Qırğız dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanı müəllifə təqdim edilmişdir

 

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin (parlamentinin) səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Damira Niyazaliyeva, büdcə və maliyyə komitəsinin sədr müavini Kubanıçbek Tumanov və başqaları Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri  Kamal Abdulla ilə görüşmüşlər.

Görüşdə qırğız dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanı müəllifə təqdim edilmiş, qarşılıqlı əlaqələrin inkişafı, Kamal Abdullanın “Dilçilyə səyahət” kitabının da qırğız dilinə tərcüməsi və s. məsələlər müzakirə olunmuşdur.

Həmçinin Kamal Abdulla “Yarımçıq əlyazma” romanının Qırğızıstan parlamenti və fondun dəstəyi ilə keçiriləcək təqdimat mərasiminə dəvət olunmuşdur.

Tanınmış yazıçı Kamal Abdullanın həm Azərbaycanda, həm də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və mübahisələrə yol açmış məşhur “Yarımçıq əlyazma” romanı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Qazaxıstandakı Azərbaycan Mədəniyyəti Mərkəzləri İttifaqının sifarişi ilə işıq üzü görmüşdür.

Romanı qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev və Bekten Dıykanbay çevirmişlər. Ön sözü Qırğızıstan  EA-nın vitse-prezidenti Abduldadcan Akmataliyev yazmışdır. Romanda fondun diqqətini cəlb edən Dədə Qorqud və Şah İsmayıl Xətai obrazlarının reallıqla uzlaşan məqamları, yazıçının bənzərsiz üslubu və yazı manerasıdır. Bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması qırğız oxucularının da marağına səbəb olmuşdur.

Bu roman indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə edilərək, ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya və s. ölkələrdə çap olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında