“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on beşinci cildi çapdan çıxmışdır

 

“Bildiyiniz kimi, danışıqlar davam edir və Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və olmayacaqdır. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələ yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır və Azərbaycan bu mövqedən bir addım da geri çəkilməyəcəkdir. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır. Heç bir qərar qəbul edilməyəcək ki, nə bu gün, nə sabah, nə də yüz ildən sonra imkan yaransın ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın. Bir daha deyirəm, bu məsələ danışıqlar mövzusu deyildir”.

Bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on beşinci cildində dövlətimizin başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Prezident İlham Əliyevin oxuculara təqdim olunan çoxcildliyinin bu cildində Azərbaycanın uğurla aparılan xarici siyasətinə, ölkənin iqtisadi potensialının möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsinə, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə, eyni zamanda, ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapmışdır.

Cilddə Prezident İlham Əliyevin Fransaya işgüzar səfəri zamanı Prezident Jak Şirak, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan prezidenti R.Köçəryanla görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələrin materialları, Bakıya gəlmiş bir sıra xarici dövlət və hökumət, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri, KİV-lərə verdiyi bəyanat və müsahibələri toplanmışdır.

Kitabda, həmçinin Azərbaycanda “Rusiya ili”nin təntənəli açılış mərasimində iştirak etmək üçün Prezident Vladimir Putinin Bakıya səfəri, eyni zamanda, Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı bu ölkənin dövlət xadimləri, şirkət rəhbərləri, nüfuzlu dairələrin nümayəndələri ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar, Yaponiya televiziyasına verdiyi geniş müsahibə öz əksini tapmışdır.

Bu cilddə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın Ağdam, Tərtər və Bərdə rayonlarına səfərləri, bu səfərlər çərçivəsində bir sıra sosial, mədəniyyət və digər obyektlərin açılışında iştirakı, həmin rayonların ictimaiyyəti ilə görüşlərindən bəhs edən materiallar yer almışdır.

Kitaba “Qeydlər”, “Şəxsi adlar” “Coğrafi adlar” göstəriciləri də daxil edilmişdir.

On beşinci cildə daxil olan materiallar 2005-ci ilin dekabrından 2006-cı ilin martınadək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında