Təhsil sahəsində həyata keçirilən yeniliklər böyük maraq və razılıqla qarşılanır

 

Ali təhsil sahəsində kredit sistemi ilə tədrisin təşkili, tələbələrin köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi məsələləri ilə bağlı sənədlərin təsdiqi istər təhsil ictimaiyyəti, istərsə də ümumilikdə, ölkə vətəndaşları tərəfindən maraqla qarşılanmışdır.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, nazirlik qeyd olunan sənədlər haqqında ictimaiyyətin məlumatlandırılması işinin genişləndirilməsinə, xüsusilə də təhsilalanlar üçün yaradılmış yeni imkanların daha dolğun şərh olunmasına böyük önəm verir. Bütün bunları nəzərə alaraq, 24-28 fevral 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Facebook səhifəsində ali təhsillə bağlı suallara cavab verilmişdir.

Bu müddətdə Təhsil Nazirliyinin Facebook səhifəsinə, ümumilikdə, 326 sual daxil olmuş və ali təhsillə bağlı bütün suallar şərhlər vasitəsilə cavablandırılmışdır.

Facebook istifadəçilərinin sualları, əsasən, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi ( sualların 33 faizi), bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili (22 faiz), təhsilalma formasının dəyişdirilməsi (7 faiz), ali təhsil haqqında sənədin tanınması (6 faiz), Azərbaycan Müəllimlər İnstitutunun filiallarının fəaliyyəti (5 faiz), təhsil haqqı (2 faiz), xaricdə təhsil (2 faiz) və digər məsələləri əhatə etmişdir.

Bu tədbir geniş ictimaiyyət arasında ölkədə ali təhsilin inkişafı ilə bağlı aparılan islahatlara böyük marağın olmasını bir daha üzə çıxarmışdır. Təhsil Nazirliyi əhalinin bütün təbəqələrinin fikirlərinə xüsusi önəm verərək bu ənənəni davam etdirmək, gələcək fəaliyyətində konstruktiv təklifləri nəzərə almaq niyyətindədir.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında