Yeni Azərbaycan Partiyası elm və təhsil komissiyasının fəaliyyət planı təsdiq edilmişdir

Martın 5-də Yeni Azərbaycan Partiyası (YAP) elm və təhsil komissiyasının cari ildə ilk iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov qurumun fəaliyyətinin əsas istiqamətləri haqqında danışmışdır. Qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə yaradılan komissiyanın məqsədi təhsil problemlərini araşdırıb müvafiq təkliflər hazırlamaqdan ibarətdir.

Bildirilmişdir ki, UNESCO tərəfindən XXI əsr dünyada elm və təhsil əsri elan edilmişdir. Müasir dünyada elmə və təhsilə önəm verən dövlətlər iqtisadi baxımdan daha da güclənərək onu dayanıqlı edir, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqla irəliyə doğru addımlayırlar.

Komissiyanın sədri xüsusi vurğulamışdır ki, bu gün Azərbaycanda uğurlu təhsil islahatları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev təhsilə daim diqqətlə yanaşaraq gənclərimizin dünyanın ən qabaqcıl elm ocaqlarında oxumalarını təmin etmişdir. Prezidentimiz  qarşımıza ölkədə neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı son dərəcə aktual və əhəmiyyətli bir vəzifə  qoymuşdur. Bu məsələnin reallaşdırılması üçün Azərbaycanın elmi ictimaiyyəti, təhsil mütəxəssisləri gərgin fəaliyyət göstərməlidirlər. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu məsələ daha qabarıq şəkildə qarşıya qoyulmuşdur. Yeni Azərbaycan Partiyası da bu işlərdə fəallıq göstərməli və öz potensialından maksimum istifadə etməlidir.

Sonra müzakirələr aparılmış, əvvəlcədən komissiya üzvlərinə paylanılmış fəaliyyət planı haqqında rəy və təkliflər dinlənilmişdir.

Müzakirələrdən sonra fəaliyyət planı təsdiq edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında