AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimatı olmuşdur

 

Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı monoqrafiyasının

I cildi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna daxil olmuşdur.

 Fonda daxil olan kitabın MEK-in Heydər Əliyev irsinin təbliği şöbəsində təqdimatı keçirilmişdir.

Mərkəzi Elmi Kitabxanadan AzərTAc-a bildirmişlər ki, təqdimat mərasimində şöbə müdiri Gülşən Əliyeva monoqrafiyanın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin çıxış və nitqlərinin araşdırılması bu gün də aktuallığını saxlayır. Ümummilli liderin dühasını nümayiş etdirmək üçün onun haqqında silsilə kitablar nəşr edilir. Bu baxımdan Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyası böyük əhəmiyyət daşıyır. Ümumilikdə 14 fəsildən ibarət olan bu nəşrin hər fəslində ulu öndər Heydər Əliyev nitqinin özünəməxsusluğundan söhbət açılır. Bildirilmişdir ki, hər birimizin stolüstü kitabı olacaq bu nəşrdən natiqlik sahəsində bir çox şeylər əxz edəcəyik.

Sonra şöbənin əməkdaşı Aytən Qəzənfərqızı filologiya elmləri doktoru, professor Məsud Mahmudovun elmi redaktorluğu ilə çap olunmuş monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin təşəkkül tapmasında və inkişafında ulu öndər Heydər Əliyevin nitq və çıxışlarının kompleks şəkildə araşdırıldığını bildirmişdir. Həmçinin kitabda ümummilli lider Heydər Əliyevin nitqində girişlər və sonluqlar, fəlsəfilik, səmimiyyət, qətiyyət, nikbinlik, poetiklik, proqnozlar kimi elementlərin, eləcə də onun fərdi üslubunun dərindən tədqiq edildiyini deyən şöbənin əməkdaşı monoqrafiyanın siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsait olduğunu vurğulamışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında