Xocalı soyqırımı bəşər tarixində oxşarı olmayan vəhşilik aktıdır

 

 

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ)  Xocalı soyqırımının iyirmi ikinci ildönümü  silsilə tədbirlərlə qeyd olunmuşdur.

Xocalıda törədilmiş qanlı faciəyə həsr olunmuş “dəyirmi masa”da institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı çıxış edərək  ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətindən danışmışdır. Bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı aktı bu siyasətin bir mərhələsi olmuşdur.

A.Naxçıvanlı vurğulamışdır ki, Xocalı soyqırımına məhz ümummilli lider Heydər Əliyevin  səyləri  sayəsində hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilmiş, hər il fevralın 26-nın “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.  Ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzalamışdır.

Azərbaycan torpaqlarının bütövlüyünün və müstəqilliyinin qorunması uğrunda yorulmadan mübarizə aparan  Prezident İlham Əliyev  nitqlərində dəfələrlə vurğulamışdır ki,  müstəqilliyimiz əbədidir, Azərbaycan Respublikası müstəqil dövlət kimi daim yaşayacaqdır. Artıq bütün dünya beynəlxalq görüşlərdə və rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, müdafiə edir, Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü bilir və düşmənlərimiz ifşa olunurlar.

Tədbirdə AMİ-nin ictimai fənlər kafedrasının müəllimləri çıxış edərək bildirmişlər ki, tariximizi yaşatmaq üçün tarixi keçmişimizi öyrənmək vacibdir. Natiqlər qeyd etmişlər ki, erməni cəlladları tərəfindən törədilmiş Xocalı soyqırımı dünya tarixində oxşarı olmayan vəhşilik aktıdır.

Sonda tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii  kompozisiya  təqdim edilmişdir.

Daha sonra AMİ-nin rektoru, professor A.Naxçıvanlının rəhbərliyi ilə institutun  müəllimləri və tələbələr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağ müharibəsində çiyin-çiyinə vuruşmuş, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşmüş iki uşaqlıq dostunun görüşündən bəhs edən eyniadlı əsəri əsasında hazırlanmış  “Xəcalət” tamaşasına baxmışlar.

Tamaşadan sonra  A.Naxçıvanlı aktyorlara və əsərin müəllifinə təşəkkürünü bildirmiş, belə tədbirlərin keçirilməsinin tələbə gənclər  üçün əhəmiyyətini qeyd etmişdir.

Müəllif H.Mirələmov  tamaşaya göstərilən diqqət və marağa görə minnətdarlığını çatdırmış, çox yaxın gələcəkdə qələbə mövzusunda əsərlərin səhnələşdiriləcəyinə əminliyini bildirmişdir.  

Xocalı soyqırımının ildönümü münasibətilə  AMİ-də yaradılmış xüsusi guşədə tələbələrin bu qanlı faciəni əks etdirən rəsm əsərlərindən və publisistik yazılarından ibarət stend nümayiş etdirilmişdir. Fevralın 25-26-da institutda bakalavr və ixtisasartırma  təhsili üzrə ilk dərs saatları Xocalı soyqırımına həsr olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında