Dövlət Neft Akademiyasında

 

 

 

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Yerində donma” etiraz aksiyası keçirdi. Əllərindəki müxtəlif dillərdə yazılmış plakat və şüarlarda bildirildi: “ADNA Xocalı soyqırımını unutmur”, “Dünya Xocalı soyqırımını tanımalıdır”, “Xocalıda tökülən qanımız yerdə qalmamalıdır”, “Bütün insanlar ermənilərin bu vəhşiliyini lənətləməlidir”.

Əcnəbi tələbələr də “Xocalıya ədalət” istəyən azərbaycanlı gənclərlə həmrəylik nümayiş etdirdilər. ADNA-da ilk dərs saatları da Xocalıya həsr olundu.

Auditoriyalarda başlayan anım-etiraz aksiyası fasilə zamanı dəhlizlərdə davam etdirildi. Əllərində Xocalı soyqırımına etiraz şüarları, plakatlar tutan tələbələr 1 dəqiqə hərəkətsiz dayanaraq “Yerində donma”qla etiraz etdilər. ADNA-da keçirilən etiraz aksiyası özünün izdihamı ilə diqqət çəkdi. Tələbələr dünya birliyini Xocalı soyqırımına ədalətlə yanaşmağa, işğalçını-Azərbaycanda soyqırımı törədən Ermənistanı beynəlxalq məhkəmə qarşısında mühakimə etməyə çağırdılar.

ADNA Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov, YAP ADNA  ilk təşkilatının sədri Tamella Naibova, ictimai fənlər kafedrasının professoru İmran Cəfərov tələbələrin iştirakı ilə “dəyirmi masa” keçirdilər. Tədbirdə çıxış edənlər Xocalı faciəsi barədə məlumat verərək işğalçı Ermənistanın törətdiyi vəhşilikləri ürəkağrısı ilə qeyd etdilər. “Dəyirmi masa”da iştirak edən tələbələr üzərində Xocalı soyqırımını əks etdirən köynəklərlə də Xocalıya ədalət istədilər.

Tahirə QAFARLI,

ADNA-nın mətbuat katibi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında