İtaliyada “Azərbaycan rəqəmlərdə, cədvəllərdə, xəritələrdə və fotolarda” kitabı çapa hazırlanır

 

 

İtaliyada akademik Arif Paşayevin və professor Çapay Sultanovun birgə tərtib etdikləri “Azərbaycan rəqəmlərdə, cədvəllərdə, xəritələrdə və fotolarda” kitabı çapa hazırlanır.

 “Sandro Teti” nəşriyyat evində çapdan çıxacaq kitabda Şərqin ilk müstəqil demokratik dövləti olan və zəngin enerji ehtiyatlarına malik Azərbaycanın keçmişi, bu günü və gələcəyi ilə bağlı maraqlı və dolğun məlumatlar yer almışdır.

Nəşrdə Sovet İttifaqının enerji sektorunda Azərbaycan neftinin payı, İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbənin qazanılmasında ölkəmizin rolu, müstəqilliyimizin bərpası və “Əsrin müqaviləsi”nin imzalanması kimi mühüm hadisələr əksini tapmışdır.

Azərbaycanın son 300 illik tarixi ilə yaxından tanış olmaq istəyən əcnəbilər üçün bu nəşr mükəmməl məlumat mənbəyidir.

Kitabda təqdim olunan faktiki materialların bir qismi yeni üzə çıxarılmışdır.

Maqsud DADAŞOV

AzərTAc-ın xüsusi müxbiri

Roma


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında