Azərbaycan ilə Bolqarıstan arasında təhsil, maliyyə və ekologiya sahələrində üç sənəd imzalanmışdır

 

Fevralın 20-də Azərbaycanın Baş naziri Artur Rasizadənin və Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin geniş tərkibdə nümayəndə heyətlərinin görüşündən sonra sənədlərin imzalanması mərasimi olmuşdur.

 Bakı Dövlət Universiteti və Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Velikotrnovo Universiteti arasında qarşılıqlı anlaşma barədə Memorandumu bu ali məktəblərin rektorları Abel Məhərrəmov və Plamen Leqkostup imzalamışlar.

Azərbaycanın Maliyyə Nazirliyi və Bolqarıstanın Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi maliyyə nazirləri Samir Şərifov və Petar Çobanov imzalamışlar.

Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında əməkdaşlıq haqqında qarşılıqlı anlaşma barədə Memorandumu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri İskra Mixaylova imzalamışlar. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında