Təhsil nazirinin müavini Ceyhun Bayramov: “Təhsil sistemində yaxşını pisdən, zəifi güclüdən ayırmaq lazımdır”

 

 

“Təhsil Nazirliyi təhsilin keyfiyyətinin yüksəldilməsinə böyük önəm verir və diqqət göstərir. Bu, son zamanlar ölkə səviyyəsində qəbul olunan sənədlərdə əksini tapır”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Bakı şəhərində 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş müşavirədə çıxışı zamanı demişdir.

O, bildirmişdir ki, Təhsil Nazirliyi istənilən qərarı qəbul etdikdə, ilk növbədə, təhsilin keyfiyyəti və göstəriciləri nəzərə alınır. Nazir müavini bunun gələcəkdə də  davam edəcəyini vurğulamışdır: “Təhsil Nazirliyi olaraq daim təhsil müəssisələrində islahatlar apararkən və əmək haqqı sistemi tətbiq edərkən pedaqoji kadrların akademik göstəricilərinin nəzərə alınmasına xüsusi diqqət yetiriləcək. Ölkənin təhsil sistemində yaxşını pisdən, zəifi güclüdən ayırmaq lazımdır. Akademik göstəricilərin nəzərə alınması da buna xidmət edəcək”.

Hazırda Təhsil Nazirliyinin mərkəzi aparatında kadr sayında qıtlıq olduğunu deyən nazir müavini vurğulamışdır ki, aparatın işçilərinin ümumi sayı 147 nəfərdir: “Buna baxmayaraq, struktur dəyişiklikləri aparılarkən təhsilin statistikası və təhsildə keyfiyyətin qiymətləndirilməsi şöbəsi genişləndirilmişdir. Hazırda Təhsil Nazirliyi daha geniş imkanlara malik olan, uzun müddət mövcud olan, lakin tam gücü ilə işləməyən milli təhsil sisteminin səmərəli işləməsi istiqamətində addımlar atır”.

C.Bayramov qeyd etmişdir ki, hər bir təhsil işçisi - istər məktəb direktoru, istərsə də rayon, şəhər təhsil şöbəsinin işçiləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hazırladığı illik statistik göstəriciləri təhlil etməlidir: “Onlar rəqəmlərlə düzgün işləyəndə, onlara doğru yanaşma olduqda, bu həm informatikdir, həm də işin nəticəsinə müsbət təsir göstərə bilər”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında