"Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı beynəlxalq status almışdır

Bu günlərdə ölkəmizdə ictimai elmlərin böyük uğuru hesab edilə biləcək şad xəbər alınmışdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) 2003-cü ildən başlayaraq buraxdığı "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı elmi jurnalların indeksləşdirilməsi üzrə beynəlxalq İndex Copernicus'un siyahısına daxil edilmişdir.
Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyası qarşıda duran ən aktual vəzifələrdən biridir. Bunun yollarından biri alimlərimizin aldığı elmi nəticələrin xarici nəşrlərdə işıq üzü görməsidir. Bu baxımdan, azərbaycanlı elm adamlarının beynəlxalq miqyasda tanınmış və yüksək elmi imicə malik olan jurnallarda çap olunması böyük nailiyyətdir. Lakin təəssüf ki, bizim özümüzün dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilən və beynəlxalq elmi göstəricilər siyahısına salınan jurnallarımız yox dərəcəsindədir. İctimai və humanitar elmlər sahəsində indiyədək heç bir jurnal beynəlxalq indeksasiya qurumları tərəfindən tanınmamışdır. Ona görə də "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının beynəlxalq status alması elmi ictimaiyyətimizin sevincinə səbəb olmuşdur.
Xatırladaq ki, jurnalın Redaksiya Şurasına dünyanın bir sıra ölkələrini təmsil edən görkəmli elm adamları daxildir. Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyev, jurnalın baş redaktoru - AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovdur. Jurnalda Azərbaycanın və xarici ölkələrin tanınmış filosoflarının, politoloq və sosioloqların elmi məqalələri dərc olunmaqla yanaşı, klassik fəlsəfi irs də dilimizə tərcümə edilir, türk dünyasının müasir düşüncə sahibləri oxucularımıza müntəzəm surətdə təqdim olunur, qabaqcıl elmi-fəlsəfi məktəblərin iş təcrübəsinin yayılması məqsədi ilə AFSEA-nın və jurnalın təşəbbüsü ilə beynəlxalq forumlar keçirilir, Azərbaycan alimlərinin beynəlxalq elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi proseslərin ölkəmizdə işıqlandırılmasına geniş yer verilir.
Heç şübhəsiz ki, Azərbaycanda çıxan jurnalın beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanması ölkəmizdə gedən ictimai-siyasi və iqtisadi inkişaf proseslərinin daha bir təzahürüdür.
Jurnalın Redaksiya Şurasına və işçi qrupuna daha böyük yaradıcılıq nailiyyətləri arzulayırıq.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında