“ADA” Universiteti rektorunun iştirakı ilə onlayn forum keçirilmişdir

Fevralın 14-də  Azərbaycanda ilk dəfə olaraq “ADA” Universiteti rektorunun iştirakı ilə onlayn forum keçirilmişdir.

“ADA” Universitetinin kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, xarici işlər nazirinin müavini, rektor Hafiz Paşayev sosial mediada gənclərin suallarını cavablandırmışdır.

“ADA” Universiteti, tələbələr üçün təklif edilən bakalavr və magistr proqramları, bu ali məktəbin strukturu, beynəlxalq əlaqələri, tədris proqramları və digər məsələlərlə bağlı sualları cavablandıran rektor, eyni zamanda, təhsil islahatlarını və “ADA” Universitetinin regionun inkişafı üçün lazım olan gənc liderlər nəslinin yetişməsində   rolunu qeyd etmişdir.  

Hafiz Paşayev bildirmişdir ki, forumun əsas məqsədi gəncləri maraqlandıran suallarla yaxından tanış olmaq, onların tələb və təkliflərini dəyərləndirməkdir.

Sonda rektor bütün forum iştirakçılarına fəal iştiraka və suallara görə təşəkkür etmişdir.

Qeyd edək ki, “ADA” Universiteti ötən il oktyabrın 1-dən  2014-2015-ci akademik il üçün diplomatiya və beynəlxalq münasibətlər, ictimai siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbuluna başlamışdır. Sənədlər aprelin 15-dək qəbul ediləcəkdir. 

Bununla yanaşı, “ADA” Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə qiyabi “Ekzekyutiv MBA” proqramına da sənəd qəbulu başlamışdır. Maastrixt Menecment Məktəbi ilə birgə tədris edilən bu proqrama sənədlər aprelin 1-dək təqdim edilməlidir. 

“ADA” Universiteti bu ildən beynəlxalq MBA proqramına da başlamışdır. Biznesin idarə edilməsi üzrə bu magistratura proqramında təhsil 18 ay ərzində, işləyənlər üçün uyğun qrafikdə aparılacaqdır. Sənədlərin qəbulu artıq başlamışdır və  mayın 1-dək    davam edəcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında