Tanınmış Azərbaycan tarixçisinin yeni əsəri çapdan çıxmışdır

 

 

Məlum olduğu kimi, Ermənistan  və xarici ölkələrdəki erməni diasporu tarixdə heç bir zaman olmayan uydurma “erməni soyqırımı”nın 100 illiyinə hazırlaşır.

 Ermənilər mənfur niyyətlərinə nail olmaq naminə dünya ölkələrinin rəsmi dairələrini aldatmaq və ictimai rəyi çaşdırmaq üçün müxtəlif üsullardan istifadə edir, ənənələrinə sadiq qalaraq gerçək tarixi də saxtalaşdırırlar. Onların saxtakarlığına ən mötəbər arxiv mənbələri və digər təkzibedilməz sənədlər əsasında, dərindən əsaslandırılmış elmi sübut və dəlillərlə cavab vermək bu gün  tarixçilərimizin qarşısında duran ən vacib məsələlərdən biridir.

Tanınmış tarixçi alim, professor, Milli Məclisin deputatı Musa Qasımlının “Mütərcim” nəşriyyatında çapdan çıxmış “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: Gerçək tarix axtarışında (1724-1920)” adlı 464 səhifəlik, iri həcmli monoqrafiyası bu baxımdan ciddi bir addım kimi qiymətləndirilə bilər.

Monoqrafiya əsasən Rusiya və Gürcüstan, o cümlədən ABŞ, Böyük Britaniya, Türkiyə, Fransa və Azərbaycan arxivlərinin bir çoxu indiyədək istifadə edilməyən və elmi dövriyyəyə ilk dəfə gətirilən ən mötəbər materialları və rəsmi sənədlər əsasında yazılmışdır.

Tədqiqatda Rusiya imperatoru I Pyotrun 1724-cü il fərmanından başlayaraq 1920-ci ildə Ermənistanın sovetləşdirilməsinədək olan dövrdə ermənilərin Cənubi Qafqaza gətirilərək azərbaycanlılara məxsus  torpaqlara yerləşdirilməsi,  uydurma erməni məsələsinin süni surətdə meydana çıxarılması, erməni terror təşkilatlarının və silahlı dəstələrinin qurulması, tarixdə heç bir zaman olmayan “Böyük Ermənistan” ideyasının ortaya atılması, onu yaratmaq üçün 1905-1906-cı illərdə dinc türk, müsəlman əhalisinə qarşı törədilən qırğınlar və ərazilərin yerli azərbaycanlı əhalidən təmizlənməsi, Birinci Dünya müharibəsi illərində erməni silahlı dəstələrinin hazırlanması və onların törətdikləri dəhşətli soyqırımlar, müvafiq istiqamətlərdə çar Rusiyasının və digər dövlətlərin rolu, tarixi Azərbaycan torpaqlarında Ararat Respublikasının qurulması, daşnak Ermənistanında digər xalqlara münasibət başlıca olaraq beynəlxalq münasibətlərdə cərəyan edən proseslər fonunda araşdırılmışdır.

Təkzibedilməz tarixi fakt və sənədlər əsasında qələmə alınmış bu əsər erməni yalanlarını alt-üst edir və erməni tarixçilərinin ona tutarlı cavab vermələrinin mümkün olmadığını bir daha təsdiqləyir.

Əsərdən məlum olur ki, müəyyən dövrlərdə öz maraqları üçün ermənilərin əsassız iddialarını müdafiə edən bir çox ölkələrin rəsmi dairələri sonradan həqiqətləri bilərək onlardan üz döndərmiş, törədilən qırğınlarda düzgün olaraq bilavasitə erməni təşkilatlarını günahlandırmışlar.

Monoqrafiyanın maraqlı məziyyətlərindən biri daşnak Ermənistanının dinc türk, müsəlman əhalinin yaşadıqları yaşayış məntəqələrini dağıtmalarına, daşnak silahlı dəstələrinə aid Rusiya və Gürcüstan arxivlərindən toplanan və indiyədək istifadə edilməyən fotoşəkillərin verilməsidir.

Tarixçi, siyasətçi və diplomatlar üçün nəzərdə tutulmuş bu dəyərli əsərin elmi redaktoru görkəmli Azərbaycan alimi, professor Əli Həsənov, rəyçiləri tanınmış Türkiyə tarixçisi, professor Kamal Çiçək, Gürcüstan tarixçisi, professor Quram Marxuliya, Rusiya tarixçisi, dosent İsmayıl Ağakişiyevdir.

Hazırda əsər Türkiyə və Rusiyada türk və rus dillərində də nəşrə hazırlanır


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında