Ceyhun BAYRAMOV: Həm dövlət, həm də özəl ali təhsil müəssisəsi milli statuslu ola bilər

 

“Təhsil Nazirliyi ali məktəblərin milli statuslu və digər statuslu universitetlərə bölünməsini zəruri sayır və hazırda bununla bağlı meyarlar hazırlanır”.

APA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında təhsil nazirinin müavini Ceyhun Bayramov demişdir.

C. Bayramov bildirmişdir ki, Azərbaycanda ali təhsilin bütün növləri ödənişlidir: “Sadəcə, bir qisim dövlət hesabına ödənilir, söhbət dövlət sifarişindən gedir. Hazırda dövlət tərəfindən sifarişlərin yerləşdirilməsi meyarları hazırlanır.

Həm dövlət, həm də özəl ali təhsil müəssisəsi milli statuslu ola bilər. Əsas ali məktəbin akademik səviyyəsidir. Təhsil Nazirliyi hesab edir ki, yüksək savadlı tələbələr dövlət sifarişi ilə milli statuslu universitetlərdə oxumalıdırlar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında