Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Qış məktəbi” layihəsinə başlanmışdır

 

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Qış məktəbi” layihəsinə başlanmışdır. “Gənc liderlər” üçün qış məktəbi fevralın 10-dan 14-dək Oğuz rayonundakı “Afra” otelində reallaşdırılacaqdır. “Qış məktəbi”ndə Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunu təmsil edən 100-ə yaxın fəal gənc iştirak edəcəkdir.

AzərTAc xəbər verir ki, layihəyə başlanması ilə əlaqədar olaraq fevralın 6-da YAP-ın mərkəzi qərargahında “Qış məktəbi”ndə iştirak  edəcək gənclərlə görüş keçirilmişdir. Çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Qış məktəbi”nin iştirakçılarına uğurlar arzulayaraq demişdir ki, belə layihələr vasitəsilə gənclərin potensialı, bacarıqları üzə çıxarılır, gənc siyasətçilərin formalaşmasında vacib rol oynayır.

Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən YAP icra katibinin müavini partiyanın bu siyasətin reallaşmasında yaxından iştirak etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, YAP idarə heyətinin qərarı ilə partiyanın gənclər, idman və mədəniyyət məsələləri komissiyası yaradılmışdır. Bu komissiya gənclərlə iş istiqamətində müxtəlif layihələr hazırlayaraq həyata keçirəcəkdir. Bununla da bizim gənclərlə bağlı siyasətimiz daha da genişlənmiş olacaqdır. Layihə çərçivəsində proqrama uyğun olaraq müxtəlif seminarlar, təlimlər, diskussiyalar təşkil ediləcək, gənclər asudə vaxtlarını səmərəli keçirə biləcəklər.

S.Novruzov “Qış məktəbi”ndə iştirak edəcək gənclərə müvafiq tövsiyələr vermişdir.

Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirmişdir ki, “Qış məktəbi”ndə gənclər intellektual yarışlar təşkil etməklə yanaşı, sosial şəbəkələrdə iştirak və digər maraqlı təqdimatlarla çıxış edəcəklər.

Çıxış edən gənclər YAP-ın gənclərlə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişlər.

YAP Gənclər Birliyinin “Qış məktəbi”ndə iştirak edəcək qrupun rəhbəri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. Layihə ilə bağlı digər məsul şəxslər isə YAP Mərkəzi Aparatının məsul əməkdaşı Emil Abbasov, YAP Gənclər Birliyinin sədr müavinləri, partiyanın Siyasi Şurasının üzvləri Samirə Quliyeva və Ramin Məmmədovdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında