İstanbulda sivilizasiyaların alyansı ilə bağlı keçirilmiş elmi-praktik konfransda Azərbaycandakı mövcud tolerantlıq mühitindən danışılmışdır

 

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyənin İstanbul şəhərində sivilizasiyaların alyansı ilə bağlı keçirilmiş elmi-praktik konfransda çıxış etmişdir.

E.İskəndərov müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq prosesinin vacibliyini bildirmiş və sivilizasiyaların alyansı məfhumunu meydana gətirən zərurətdən danışmışdır. Zəngin mədəni və tolerantlıq irsinə malik Azərbaycanın bu sahədəki müsbət təcrübəsi haqqında məlumat verən komitə sədri Azərbaycan  dövlətinin BMT-nin Sivilizasiyalar Alyansına yaxından dəstək verdiyini və bu sahədə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyev Azərbaycanda müxtəlif dini icmaların fəaliyyəti üçün hər cür şərait yaradılmasına, ölkədə tolerantlıq mühitinin qorunmasına xüsusi diqqət göstərir.

E.İskəndərov çıxışında XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal problemlər zəminində dini və mədəni dözümlülüyün tərənnüm olunmasının vacibliyini qeyd etmişdir. Bu sahədə Azərbaycanın hətta bir çox Avropa ölkələrinə nümunə ola biləcəyi vurğulanmışdır.

Komitə sədri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdüləziz Al-Nassirə və Türkiyə Baş nazirinin sivilizasiyaların alyansı üzrə baş müşaviri Bekir Karlığa dinlər və mədəniyyətlərarası dialoqa verdikləri töhfəyə görə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun xüsusi plaketlərini təqdim etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında