Akademik Arif Mehdiyev Belarus Respublikasının dövlət mükafatı - Fransisk Skorina medalına layiq görülmüşdür

 

 

 

Belarusun Azərbaycandakı səfirliyində ötən il noyabrın 20-də Belarus və Azərbaycan prezidentlərinin iştirakı ilə açılışı olmuş yeni səfirlik kompleksinin  fəaliyyətə başlaması münasibətilə qəbul keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə parlament komitələrinin sədrləri və Milli Məclisin deputatları, “Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin, parlament işçi qrupunun rəhbərliyi və üzvləri, elmi ictimaiyyətin nümayəndələri, işgüzar dairələrin təmsilçiləri iştirak etmişlər.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç təntənəli şəkildə Belarus Respublikasının dövlət mükafatını - Fransisk Skorina medalını Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, “Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri, akademik Arif Mehdiyevə təqdim etmişdir. A.Mehdiyev bu mükafata Belarus Respublikası və Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində və Belarus-Azərbaycan humanitar layihələrinin reallaşdırılmasında əhəmiyyətli töhfəyə görə layiq görülmüşdür. Mükafatlandırma barədə fərmanı Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko  imzalamışdır.

Arif Mehdiyev fəaliyyətinə və ümumilikdə Dostluq Cəmiyyətinin işinə verilən yüksək  dəyərə görə Belarus Respublikasının rəhbərliyinə təşəkkürünü bildirmiş, səfirliyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Qeyd etmək lazımdır ki, bu, “Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyəti üzvlərinə təqdim edilən üçüncü dövlət mükafatıdır. Əvvəllər Fransisk Skorina medalı ilə akademik Ziyad Səmədzadə və Bakı miniatür kitab muzeyinin rəhbəri Zərifə Salahova təltif olunmuşlar.

Belarus Respublikası Mədəniyyət Nazirliyinin himayəsi altında keçirilmiş, Belarus mədəniyyətinin xaricdə populyarlaşdırılması məqsədi daşıyan layihələrin reallaşdırılmasında ən yaxşı nailiyyətə görə müsabiqəsinin qalibi diplomu Bakı Slavyan Universitetinin (BSU)  nəzdindəki Belarus Dili və Mədəniyyəti Mərkəzinin direktoru Albina Seyidovaya təqdim edilmişdir. 2010-cu ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə açılmış mərkəz BSU-nun rektoru Kamal Abdullayevin dəstəyi sayəsində uğurla fəaliyyət göstərir.

Səfirlik Bakıda Belarus Respublikası səfirliyi kompleksinin tikintisini həyata  keçirmiş tikinti və podratçı təşkilatlara minnətdarlığını bildirmişdir. Tədbirdə kompleksin tikintisinin əsas mərhələləri ilə bağlı slayd-şou nümayiş etdirilmiş, cari ildə Minskdə keçiriləcək  xokkey üzrə dünya çempionatının təqdimatı olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında