Azərbaycan ilə Koreya Respublikası arasında təhsil əlaqələri genişlənir

 

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının KAIST İnstitutunun (Korea Advanced Institute of Science and Technology) nümayəndə heyəti ilə görüşmüşdür.

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə KAIST ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

ADA Universitetində mühəndislik və informasiya texnologiyaları məktəbinin təsis edilməsi üzrə birgə layihədə KAIST-in iştirakı yüksək qiymətləndirilmişdir. Layihənin uğurla həyata keçirilməsinin qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunmuşdur.

Bildirilmişdir ki, 1971-ci ildə Koreya Respublikasının ilk elm və texnoloji tədqiqat müəssisəsi kimi qurulan KAIST 40 ildən çoxdur bu ölkənin innovasiya inkişafının beyin mərkəzlərindən biri kimi tanınır.

Görüşdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn iştirak etmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında