Yapon texnologiyası əsasında təhsil və elmin innovasiyalı kompleks həlli mövzusunda görüş keçirildi

Yanvar ayının 23-də Sumqayıt Dövlət Universitetində Tokio-Boeki Texnoloji firmasının Ukraynanın paytaxtı Kiyev şəhərindəki təmsilçiləri, idarəetmə direktoru Aleksey Şpak və tətbiq üzrə mühəndis Vitali Tinkovun iştirakı ilə yapon texnologiyası əsasında Təhsil və elmin innovasiyalı kompleks həlli üçün əhəmiyyət kəsb etməsi mövzusunda görüş keçirildi. Görüşdə universitetin rektor əvəzi, dosent Elxan Hüseynov qonaqları salamlayaraq, onların universitetdə elmin və təhsilin inkişafı üçün, elmi tədqiqatların yüksək şəkildə həyata keçirilməsi üçün müasir avadanlıqlırla təchizat məsələsinin işini yüksək qiymətləndirdi.

Müzakirə zamanı qonaqların təklifləri elmi-texniki avadanlıqlarla bağlı fikirləri  görüş iştirakçıları tərəfindən bəyənildi və gələcək əməkdaşlıq üçün razılıq əldə olundu. Hər iki qonaq səmimi qarşılanması və fikirlərinin universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsinə görə öz təşəkkürlərini bildirdi. Görüşdə universitetin təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Nizami Namazov, Qiyabi  Təhsil üzrə prorektor, fizika-riyaziyyat elmləri namizədi Qafar Atayev, Mühəndislik fakültəsinin dekanı, dosent Sabir Xəlilov, kimya və biologiya fakültəsinin dekanı, dosent Ələddin Qədimov, Bərk cism elektronikası kafedrasının professoru Yadigar Hüseynov, Neft-kimya texnologiyası kafedrasının müdiri professor Əkbər Ağayev, Texniki-kibernetika kafedrasının müdiri, professor Fazil Ələkbərli, həmin kafedranın dosenti Ulduz Ağayev iştirak etdilər. 

Almaz ÜLVİ,  “Xalq qəzeti”      


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında