Bakı Ali Neft Məktəbində

 

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan BANM-nin rektoru E.Qasımov xatırlatmışdır ki, 20 Yanvar gecəsi baş verən faciə eyni zamanda millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil olmuşdur. Həmin gün illərdən bəri azad yaşamağa susayan xalqımızın mərd oğul və qızları azadlıq uğrunda ilk qəti addımlarını atdılar. Bizim bu günümüz üçün öz canlarını fəda edən şəhidləri Vətən  heç vaxt unutmayacaq.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında demişdir ki, Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakıda fövqəladə vəziyyətin elan olunmasını əhaliyə xəbər vermədən sovet imperiyasının keçirdiyi hərbi əməliyyatlarda 137 nəfər silahsız mülki şəxs amansızcasına öldürülmüşdür.

Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasının totalitar sovet rejiminin cinayətkar mahiyyətindən irəli gəldiyini qeyd edən Mübariz Qurbanlı bildirmişdir ki, faciə ilə bağlı xalqının fəryad səsinə səs verən yalnız Heydər Əliyev olmuşdur.

Tədbirdə 20 Yanvar faciəsi zamanı lentə alınmış görüntülərdən ibarət film nümayiş etdirilmişdir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında