Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

 

 

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsi ilə əlaqədar təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, elmi-praktik konfrans keçirilmişdir.Tədbir başlanmazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Elmi-praktik konfransı Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açmışdır. O, sovet imperiyasının Azərbaycana qarşı təcavüz siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş müdhiş bir əməl olduğunu diqqətə çatdırdı.  Qeyd olundu ki, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş, eyni zamanda tariximizə qürur, qəhrəmanlıq günü kimi yazılmışdır. Rektor bildirdi ki, xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunların milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 700-dən çox dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmiş, yüzlərlə silahsız insan,  yaşlılar, qadınlar, gənclər və uşaqların misli görünməmiş, xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

O demişdir ki, həmin faciəyə siyasi-hüquqi qiyməti ilk olaraq ümummilli lider Heydər Əliyev vermişdir. Ulu öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış edərək, Bakıda törədilən qətliamın təşkilatçılarını cinayətkar adlandırmış, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etmişdir. Müdrik şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra da şəhidlərin xatirəsini əbədiləşdirmək üçün 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmiş, ilk dəfə olaraq bu hadisəyə rəsmi siyasi və hüquqi qiymət verilmişdir. Rektor bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.

Elmi-praktik konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov, dosentlər Elçin Əhmədov, dosent Firdovsiyə Əhmədova və digər natiqlər zaman keçdikcə tariximizin həm qəhrəmanlıq, həm də faciəli səhifələrini yad etməyin, gələcək nəsillərə xatırlatmağın əhəmiyyətli olduğunu, bunların içərisində 20 Yanvar faciəsi, eyni zamanda o günlər göstərilən qəhrəmanlıq, şücaət və xalqın birliyinin hamıya örnək olmasını-bu gün yaşayanlara da, gələcək nəsillərə də çatdırılmasının vacibliyini, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin xalqımızın tərəfindən hər zaman xatırlanacağını bildirmişlər.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında