Hafiz PAŞAYEV: “ADA” Universitetinin yaradılması Azərbaycanın təhsil sistemində mühüm hadisədir

 

 

 

“ADA” Universitetinin yaradılması Azərbaycanın təhsil sistemində mühüm hadisədir.

Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini, universitetin rektoru Hafiz Paşayev yanvarın 16-da keçirdiyi mətbuat konfransında söyləmişdir.

Rektor bildirmişdir ki, Prezident İlham Əliyevin bu il yanvarın 13-də imzaladığı Sərəncama uyğun olaraq Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında “ADA” Universitetinin yaradılması bu ali məktəbin Azərbaycanda təhsilin inkişafına verdiyi töhfənin nəticəsidir. O vurğulamışdır ki, universitet statusu alması “ADA”ya yeni ixtisaslar, proqramlar, fakültələr yaratmaq, bununla da Azərbaycanın və regionun inkişafına töhfə verəcək savadlı gənclərin yetişdirilməsində daha yaxından iştirak etmək imkanı yaradır. Diqqətə çatdırılmışdır ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən universitet ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental və tətbiqi elmi tədqiqatlar aparacaqdır.

Prorektor Fariz İsmayılzadə mətbuat konfransında bildirmişdir ki, “ADA” Universiteti dünyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Hazırda biznes, ictimai və beynəlxalq münasibətlər, humanitar və dəqiq elmlər, mühəndislik və informasiya texnologiyaları fakültələrinin fəaliyyət göstərdiyi universitetdə təxminən 700 tələbəyə həm bakalavr, həm də magistr dərəcələri üzrə müxtəlif ixtisaslar təklif edilir. Yaxın gələcəkdə isə “ADA”da fakültələrin və proqramların, eləcə də universitetdə təhsil alan tələbələrin sayı artacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında