Akademik Zərifə Əliyeva adına liseydə İKT əsaslı pilot tədris otağının açılış mərasimi keçirilmişdir

 

Yanvarın 14-də keçirilən açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in iştirak etmişlər.

Nazirlikdən verilən məlumata görə liseydə yaradılmış tədris otağı 42 ədəd noutbuk, 1ədəd böyük ölçülü monitor, 1 ədəd müəllim üçün kompyuter, 11 ədəd planşet, 1 dəst elektron interkativ lövhə, 1 ədəd lazer printer, 2 ədəd rəqəmsal kamera, 4 ədəd monitor, 1 ədəd müəllim üçün yazı stolu, 20 ədəd şagirdlər üçün yazı stolu, 20 ədəd şagirdlər üçün stul, 2 ədəd dolab, 4 ədəd noutbuk saxlama dolabı, 1 ədəd elektron kürsü, 4 ədəd səs gücləndirici, 2 ədəd dinamik mikrafon, 1 dəst yer müəyyən etmə sistemi, 41 lisenziyalaşdırılmış antivirus, 41 lisenziyalaşdırılmış kontent idarəedici alət ilə təchiz olunmuşdur. Eyni zamanda, məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulmuşdur.

Təhsil nazirinin müavini Ceyhun Bayramov mərasim iştirakçılarını salamlayaraq Koreyanın Təhsil Nazirliyinə təşəkkürünü bildirmişdir. O, qeyd etmişdir ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in bildirmişdir ki, tədris otağının yaradılmasının əsas məqsədi təhsilin informasiyalaşdırılması istiqamətində Koreyanın təcrübəsini Azərbaycanla bölüşməkdən ibarətdir. Təhsil sahəsindəki əməkdaşlığın iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini söyləyən səfir təhsildə İKT-nin tətbiqinin insan resurslarının inkişafı baxımından əhəmiyyətinə toxunmuşdur.

Məlumatda daha sonra qeyd olunur ki, tədbirdə çıxış edən Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim tədris otağının yaradılmasını yüksək dəyərləndirmişdir. O, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarlığını ifadə etmişdir.

Sonra tədbir iştirakçıları İKT əsaslı tədris otağında liseyin yuxarı sinif şagirdlərinin hazırladığı təqdimatla tanış olmuşlar.

 

Samirə ƏLİYEVA,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında