Naxçıvan şəhərində 5 nömrəli uşaq bağçası istifadəyə verilmişdir

 

Uşaqlara qayğı və diqqət gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xidmət edir. Bu baxımdan muxtar respublikada uşaqların təhsil və tərbiyəsinin təşkili, eləcə də məktəbəqədər tərbiyə müəssisələri üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində yeni inşa olunan uşaq bağçası da bu sahədə həyata keçirilən tədbirlərin daha bir nümunəsidir.

Yanvarın 14-də Naxçıvan şəhərində 5 nömrəli uşaq bağçasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Naxçıvan şəhərini də əhatə etmişdir. Ötən il Naxçıvan şəhərində 1 məktəbəqədər tərbiyə müəssisəsi, 2 məktəb binası, 2 musiqi məktəbi, mədəniyyət və səhiyyə müəssisələri, yaşayış kompleksi, park və xiyabanlar, eləcə də yeni inzibati binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Aparılan quruculuq işləri zamanı məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi, uşaq bağçaları üçün yeni binaların tikilib istifadəyə verilməsi də diqqət mərkəzində saxlanılmışdır. Bu gün istifadəyə verilən 5 nömrəli uşaq baxçasının binası da ən müasir tələblərə cavab verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhər 5 nömrəli uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: Bu gün ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Ölkəmizdə qara qızılı insan kapitalına çevirəcəyik”,-deyən dövlət başçısı təhsilin inkişafına, uşaqların və gənclərin sağlam milli ruhda böyüməsinə xüsusi diqqət yetirir. Son illər ölkəmizdə müasir məktəb binalarının və uşaq bağçalarının istifadəyə verilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi, müəllimlərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması gələcəyimiz olan uşaqların hərətərfli hazırlanmasına səbəb olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”, fikrini xatırladan Ali Məclisin sədri demişdir: Uşaqlara qayğı göstərmək, onları himayə etmək gələcəyimizə hesablanmış tədbirlərdir. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqların tərbiyəsi, onlara ilkin biliklərin dərindən öyrədilməsi, məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bu gün istifadəyə verilən uşaq bağçası sakinlərin rahatlığının təmin olunmasına, uşaqların sağlam böyüdülməsinə və tərbiyələrinin düzgün təşkilinə imkan verəcəkdir.

Ali Məclisin sədri demişdir: Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uşaqlar qayğı ilə əhatə olunmuşdur. Bu gün muxtar respublikada 17 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da 10-u Naxçıvan şəhərində yerləşir. Hazırda Naxçıvan şəhərindəki uşaq bağçalarında 2100-ə yaxın uşaq tərbiyə alır. Muxtar respublikanın paytaxtında bağçayaşlı uşaqların sayının 10 mindən yuxarı olması nəzərə alınaraq bundan sonra da uşaq bağçalarının tikintisi və yenidənqurulması davam etdiriləcəkdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında