Bakıdakı dövlət bağçalarında uşaqlar üçün vahid geyim formasının tətbiqinə başlanılmışdır

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalara gedən uşaqlar üçün vahid geyim formasının tətbiqinə başlanılmışdır. Bu barədə Trend-ə BŞİH-nin nəzdindəki Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat vermişlər.

İdarədən bildirilmişdir ki, bu geyimlər BŞİH-nin tabeliyindəki bütün bağcalara paylanmışdır: “Həmin geyimlər uşaqların rahatlığı üçündür. Geyimlər yaxşı pambıq parçadan hazırlanıb, gigiyenik tələbələrə cavab verir”.

Uşaqlar bağçalara gəldikdə həmin geyimləri, evə qayıtdıqda isə onları soyunaraq öz geyimlərini geyinəcəklər.

Belə geyim formasının yay aylarında da tətbiqi olunub-olunmayacağına gəldikdə, idarədən bildirmişlər ki, bu barədə hələ məlumat yoxdur: “Biz hələlik bağçalara bu geyimləri vermişik. Bunun nəticəsinə baxdıqdan sonra yay geyimləri barədə nə isə fikir söyləyə bilərik”.

Qeyd edək ki, vahid forma uşaqlara pulsuz paylanılır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında