Akademik Zərifə Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətinib əks etdirən biobiblioqrafik göstərici nəşr olunmuşdur

 

 

 

Ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan

Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi

Kitabxanası “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli oftalmoloq alim, akademik

Zərifə Əziz qızı Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstəricini nəşr etmişdir.

Kitabxanadan AzərTAc-a bildirmişlər ki, nəşrin tərtibçi müəllifi filologiya üzrə  elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərarına əsasən hazırlanan, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova və akademiyanın  Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri İsmət Səfərovun redaktorluğu ilə işıq üzü görən biobiblioqrafiyaya alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri və başqaları daxil edilmişdir. Göstəricidə materiallar bir neçə bölmədə təqdim edilmişdir: “Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri”; “Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Zərifə Əliyeva haqqında”; “Əsərlərinin biblioqrafiyası”; “Dissertasiyalara elmi rəhbərlik”; “Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ədəbiyyat”; “Veblioqrafiya”.

Biobiblioqrafiyada AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Böyük insan, unudulmaz alim” başlıqlı məqaləsində, akademik Əhliman Əmiraslanovun “Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk”ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində geniş işıqlandırılıb.

Biobiblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, həyat və fəaliyyəti haqqında  və onun barəsində yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilmişdir. Biobiblioqrafik-göstərici akademik Zərifə Əliyeva haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında